Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur
Tarix: 01-02-2023 | Saat: 23:32
Bölmə:Özəl | çapa göndər
Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.Vəzifəsindən, sosial statusundan, milli- etnik və və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər kəs bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə öz tövhəsini verdi. Müharibənin əsas ağırlığə isə Azərbaycan gənclərinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldu.
Bəli bügun biz tam əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri, igidləri Vətən müharibəsindən şərəflə, məğrur, alnıaçıq, başları dik zəfərlə cıxdılar. Bununlada gənclərimiz fevralın 2- ni Azərbaycanda gənclər günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyyələrini yerinə yetirdilər. Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.Demək olarki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamizda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Prezident İlhm Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siysətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.
İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Hələ 2005- 2009- cu illərdə həyata keçirilən gənclər proqramı Ulu Öndər Heydər Əliyevin bu sahədə müəyyən etdiyi xəttin davamını təsdiqi idi. Daha sonra neft gəlirlərini “insan kapitalı” na çevirən Prezident İlham Əliyev “2007- 2015- ci illərdə Azərbaycan ənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləməklə gənclərə geniş özünütəsdiq imkanları yaratmışdı.2007- ci ili ölkədə “Gənclər ili” elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirmişdi. İlham Əliyev 26 yanvar 2015- ci il tarixli sərəncamı ilə gənclərin intelektual, fiziki mənəvi inkişafını, ölkənin sosial- iqtisadi, ictimai- siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015- 2025- ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nı da təsdiq edib.
44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Hamımıza məlumdur ki, hələ Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı zamanı minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçmişdir. Vətən müharibəsinin ilk günlərindən isə on minlərlə gənc qeydiyyata düşmüş və onların bir qismi döyüşlərə yollanmışdır. Ermənistanda fərarilik baş alıb getdiyi, gənclərin döyüşdən yayındığı halda Azərbaycan gəncləri döyüşə can atırdılar.Prezident İlham Əliyevin xalqa müraciətlərinin birində Azərbaycan gəncinin düşmənə dərs verdiyini bəyan etmişdir: “Bu gün də onların dövlətinin rəhbərləri yalan məlumat yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verənlər haqqında. Sanki gəlib kimsə bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq hər kəs bunu bilir”.
Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək o uca məqama, şəhidlik zirvəsinə ucalanlarında böyük əksəriyyətini məhz gənclər təşkil etdi.
Prezident İlham Əliyev Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində bildirib: “ Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələri öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Mən son illərin əsas hadisələrini saymağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq demək istəyirəm ki, indiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayıriq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşqayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyr vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilədə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.Vətən müharibəsində şəhid olan gənclərimizi dərin ehtiramla anır, onların ruhu qarşısında baş əyirik.Azərbaycan onların əziz xatirəsini hər zaman uca tutacaq.
Jalə Abdullayeva,
Qazax-Tovuz Regional Təhsil İdarəsi
Gədəbəy rayon Təhsil sektoru, Şəkərbəy kənd tam orta məktəbi direktor fəal gənc
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024