Mobil versiya
Azərbaycan Prezidentinin Macarıstan səfəri ölkəmizin xarici siyasi və iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək
Tarix: 01-02-2023 | Saat: 17:27
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan Prezidentinin Macarıstan səfəri ölkəmizin xarici siyasi və iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək

Məlum olduğu kimi, Vətən Müharibəsində şanlı qələbəmizdən sonra  Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilə yanaşı ölkəmizə dost dövlətlərin sayı artmaqdadır. Qeyd edək ki, Azərbaycan Avropa İttifaqına daxil olan 10 ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb.
Yeri gəlmişkən, bu dövlətlər arasında Macarıstan xüsusi önəm kəsb edir. Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır. Dövlət başçımız cənab İlham Əliyevin Macarıstana 4 dəfə səfər etməsi ölkələrimiz arasındakı əlaqələrin yüksək dostluq səviyyəsində olmasından xəbər verir.  Ölkə başçısının yanvarın 30-da Macarıstana səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında genişlənmiş strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı. Dövlət başçısı orada Azərbaycan - Macarıstan arasında dostluq əlaqələrinin yüksək səviyyədə olması, eləcə də Azərbaycan dövlətinin Macarıstanın enerji təhlükəsizliyinə böyük dəstək verəcəyi barədə mətbuata bəyanatla çıxış etdi.
Qeyd edək ki, artıq 2 ildir Azərbaycan Avropaya qaz ixracı həyata keçirir. Bu gün bir sıra Şərqi Avropa ölkələrinə “Cənub qaz dəhlizi” vasitəsilə qaz hasil edilir. Yaxın bir neçə ildən sonra “Cənub qaz dəhlizi”nin genişləndirilməsi və ixracın 2 dəfədən çox artırılması ilə bağlı Azərbaycanla Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb  və Mərkəzi Avropa dövlətlərinə də mavi qaz ixrac olunacaq. Vaxtilə mövcud olmuş Nabukko layihəsi yenidən fəaliyyətə başlayacaq. Bununla da Azərbaycan qazı Bolqarıstana, Rumıniyaya, daha sonra Macarıstana çatdırılacaq. Macarıstan Azərbaycan qazının istehlakçısı olmaqla yanaşı, həm də tranzit ölkə olacaq.
Azərbaycanda paralel olaraq bərpa olunan enerji sahəsində də böyük layihələr həyata keçirilir. 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan dövlətləri arasında  imzalanmış sazişə əsasən,  Azərbaycanda istehsal olunacaq “yaşıl enerji” Qara dənizin dibi ilə Avropa dövlətlərinə çatdırılacaq. Ölkəmizdə nəqliyyat-logistika sahəsində də böyük layihələr həyata keçirilib. Azərbaycandan Macarıstana və əks istiqamətdə dəmir yolu vasitəsilə yükdaşımalar da artıq həyata keçirilir.
Onuda qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə Macarıstan şirkətləri də fəaliyyət göstərəcək. Ümumiyyətlə, 30 yanvar tarixində Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanla Macarıstan arasında 7 sənəd imzalandı. Macarıstanın Baş Naziri Viktor Orban Prezident cənab İlham Əliyevin güclü bir siyasətçi olduğunu və ölkəyə yaxşı rəhbərlik etmək üçün cənab İlham Əliyevdən çox şey öyrəndiyini xüsusi qeyd etdi.  Dövlət başçısı Serbiyaya səfəri zamanı bu ölkənin Prezidenti Aleksandr Vuçiç də İlham Əliyevdən çox şey öyrəndiyini və ölkə başçımızın dünyanın ən güclü siyasətçilərindən biri olduğunu vurğulamışdı.
Ən əsası, bu gün Prezident İlham Əliyevin güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilib.

Araz Hacıyev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Göygöl bələdiyyəsi ərazi partiya təşkilatının fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024