Mobil versiya
2 fevral “Gənclər Günü “ münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 01-02-2023 | Saat: 16:48
Bölmə:Cəmiyyət | çapa göndər

2 fevral “Gənclər Günü “ münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı və Lənkəran şəhər icra hakimyyəti ilə birlikdə 2 fevral “Gənclər Günü “ münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətininin müxtəlif dövrlərini əks etdirən foto-stendlərə, kitablara və rəsm sərgisinə baxış keçiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərk bildirdi ki, Ulu Öndər bütün Azərbaycan xalqının əbədiyaşar öndəri, dövlətimizin qurucusu və memarıdır. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. O, müasir Azərbaycan tarixini yaradan dahi şəxsiyyət, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək bildirmişdir ki, bu gün müasir müstəqil, qalib Azərbaycanımıza hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin, ən əsası gənclərimizin xüsusi fəallığının, fədakarlıqlarının şahidi olarıq Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncləri sağlam düşüncəli, müasir dünyagörüşə malik gənclərdir. Azərbaycan gəncliyi torpağa, Vətənə bağlılığını, sevgisini 44 günlük İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdi. Natiq Azərbaycan gəncliyinin bütün sferalarda aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində gənclərin mühüm rol oynamasını diqqətə çatdırdı.

Tədbirdə LDU nəzdində Sosial Aqrar texnoloji kollecin tələbəsi Quliyeva Ləman , 2 saylı ƏPT-nin gənc fəalı Orxan Dadaşzadə, Lənkəran tibb kollecinin TGT sədri Nəsirli Güllər YAP-ın fəal üzvü Həsənzadə Nərgiz və gənc fəal Allahverən Hüseynzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs etdilər.

Sonda YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri və Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında səmərəli fəaliyyətinə görə 2 fevral Gənclər günü münasibətilə fəxri fərmanlar təqdim edildi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024