Mobil versiya
İcra başçısı Niyazi Bayramov şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak edib -Fotolar
Tarix: 31-01-2023 | Saat: 18:51
Bölmə:Özəl | çapa göndər

İcra başçısı Niyazi Bayramov şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop, Nikolos İaşvili, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları şəhid Orxan Əsgərovun ata evində təşkil olunan yas mərasimində iştirak ediblər.
Şəhidin atası Rizvan Əsgərova başsağlığı verən Niyazi Bayramov bildirib ki, törədilən terror aktının araşdırılması şəxsən ölkə rəhbərliyinin nəzarətindədir.
Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov 27 yanvar 2023-cü ildə səfirliyə terror hücumu zamanı qətlə yetirilib. Daha iki nəfəri yaralayan terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Azər Tağızadə
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024