Mobil versiya
Xəzər rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda görüş keçirili -Fotolar
Tarix: 31-01-2023 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Xəzər rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda görüş keçirili

Yanvarın 31-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə 88 nömrəli tam orta məktəbdə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gənclər həftəsi" çərçivəsində gənc müəllimlərin iştirakı ilə gənc pedaqoqların rayon toplantısı təşkil edilib.

aia.az xəbər verir ki, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzəlxan Əbilov, Şəhid anası Məleykə Məcidova, Vətən müharibəsi iştirakçısı Hacızadə Ağaməmməd, 88 nömrəli tam orta məktəbin direktoru Mirnağı Nəzərli, 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifov və 136 nömrəli tam orta məktəbin direktoru Aysel Şərbətova iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən "Dövlət Gənclər Siyasətinin" uğurlarından danışmışlar. Həmçinin ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən bəhs edərək qeyd ediblər ki, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki rolu əvəzedilməzdir.

Tədbir rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən gənc müəllimlərin mükafatlandırılması mərasimi ilə davam etmişdir. Tədbirdən xatirə şəkli çəkdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024