Mobil versiya
Gənclərin təşkilatlanmasına və ictimai fəaliyyətinin stimullaşdırılmasına xidmət edən təsisat
Tarix: 31-01-2023 | Saat: 18:26
Bölmə:Cəmiyyət | çapa göndər

Gənclərin təşkilatlanmasına və ictimai fəaliyyətinin stimullaşdırılmasına xidmət edən təsisat

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb; Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan
Gəncləri Günü elanedilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir.
Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosialxidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilmişdir. Bu iş hazırda davametdirilir.
Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlaryaradılmışdır. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri, son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənməyə başlamışdır. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin etmişdir. Fond Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, fəaliyyətinin təkmilləşdirilməsi, gənclər üçün əlçatanlığın artırılmasına xüsusi diqqət yetirməkdədir və bu məqsədlə innovativ kommunikasiya vasitələrini tətbiq edir. “GencAPP” adlı mobil tətbiq vasitəsilə gənclər Fondun, eləcə də digər dövlət qurumları və gənclər təşkilatlarının proqram və layihələri barədə məlumat almaqla yanaşı, onlara birbaşa müraciət etmək imkanı əldə edirlər. Gənclər Fondunun əsasnaməsinə görə Fond həm dövlət büdcəsindən, həm də kənardan maliyyələşə bilər. Bura ianələr, qrantlar, fondun öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər və s. daxildir. Gənclər Fonduna 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat ayrılmışdır.Yəqin ki, yaxın vaxtlarda Fondun müəyyən olunmuş prioritetlərinə uyğun olaraq ayrılan maliyyə vəsaitindən asılı olaraq qrant layihələri elan olunacaq və gənclər təşkilatları tərəfindən irəli sürülən layihələrə maliyyə yardımı ayrılması təmin olunacaqdır. Ümumiyyətlə, Azərbaycanda Gənclər Fondunun yaradılıması müxtəlif gənclər təşkilatları tərəfindən gənclərin problemlərinin həllinə və onların inkişafına yönələn layihələrin icra olunması üçün imkanların kifayət qədər artmasına səbəb olacaqdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Həmidova Arzu Pirverdi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024