Mobil versiya
Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur
Tarix: 31-01-2023 | Saat: 18:22
Bölmə:Özəl | çapa göndər

Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.  Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Azərbaycanda son 14 ildə həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki- mənəvi potensialının möhkəmləndirilməsi və bu potensialın tam açılmasına xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsidir.
Bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır. Dövlət başçısının bu çevik sosial zümrəyə diqqət və qayğısı ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir.
Gənclik təşəbbüs, enerji, böyük həvəs, hadisələrə yeni baxış deməkdir. Azərbaycan ötən əsrin 90-cı illərində müstəqillik qazandı. Dövlət müstəqilliyinin ilk dövründə cəmiyyəti təhlükələrə sürükləyən siyasi, iqtisadi, mənəvi- ideoloji problemlər üzündən ölkədə gənclər və idman siyasəti diqqətdən tam kənarda qalmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasəti Azərbaycan gəncliyinin nizamsız, pərakəndə topluma çevrilməsinə gətirib çıxarmışdı. Öz siyasi ambisiyaları naminə Azərbaycanı böhranlara sürükləyən möhtəkir qüvvələr məqsədlərinin icrası üçün, ilk növbədə, gəncliyimizdən bir vasitə kimi istifadə edir, ölkənin gələcəyinə qəsd yolu tuturdular. Həmin illərdə Azərbaycanda müxtəlif adlar altında çoxsaylı gənclər təşkilatları ortaya çıxmışdı. Ölkədəki hərc- mərclik şəraitində yaranan bu təşkilatların çoxunda siyasiləşmə, populizm meyilləri özünü büruzə verirdi. Bu təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına düşmüşdü. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, idmanımızın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri də dövlət siyasətinin mühüm qollarından birinə çevrildi. Gənclər, bədən tərbiyəsi və idman sahəsində ciddi irəliləyişlər təmin olundu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. O ağır dövrdə xalqının səsinə səs verərək xilaskar kimi özünü yetirən, qardaş qırğınlarının qarşısını alan, ölkənin parçalanmasına imkan verməyən, Azərbaycan dövlətini işıqlı bir yola çıxaran Heydər Əliyevin 1993-cü ilin 15 sentyabrında – ölkədə ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi ümummili liderimizin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin, onun Azərbaycan gəncliyinə xüsusi rəğbət və qayğısının göstəricisi idi. Ulu öndərin Milli Məclisdə gənclərlə məlum görüşü Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, gənclərin ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri məsasında səfərbər edilməsi,vahid gənclər siyasətinin işlənib hazırlanması zəruriliyini ortaya qoydu.
Sənəddə qeyd olunub ki, 2007-ci il Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə Gənclər ili elan olunub.
Dövlət başçısı öz sərəncamı ilə Gənclər ili üzrə tədbirlər planını təsdiq edib. Ölkənin Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Rafiq Süleymanlı
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024