Mobil versiya
Azərbaycanın gələcəyi məhz onun gənc nəslidir
Tarix: 31-01-2023 | Saat: 18:14
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın gələcəyi məhz onun gənc nəslidir

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra əsasəndə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra gənc nəsilə xüsusi diqqət göstərilmişdir. Çünki, bir dövlətin tərəqqisi məhz onun ağıllı, savadlı gənc nəslinə bağlıdır.
Ona görə də gənclərimizin yüksək səviyyədə təhsil alması ictimai-siyasi həyatda fəal iştirak etməsi üçün ulu öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gənclərimizin xarici ölkələrdə dövlət hesabına təhsil almaları üçün şərait yaradıldı.
2003-cü ildən etibarən dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı tələbələr təhsil alırdı. Təkcə elə qardaş ölkə Türkiyədə təhsil alan 700 Azərbaycanlı tələbəyə 2,4 milyard manat vəsait ayrılmışdır. Hətta ulu öndərimiz yüksək balla Ali Məktəblərə qəbul olmuş tələbələrlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü" nün verilməsi barədə qərar vermişdir. Sonra 1995-ci ildə Gənclər Forumunun keçirilməsi təşəbbüsü ilə bağlı olaraq 1996-cı ildən başlayaraq hər il ölkəmizdə "Gənclər forumu" keçirilir.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin 1-ci Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur. "Hər bir Azərbaycan gənci hər şeydən çox hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Ulu öndərimiz Heydər Əliyevin 2 fevral 1997-ci il tarixində imzalanmış sərəncamına əsasən fevralın 2-də Azərbaycan Gənclər Günü elan edilmişdir.
Hətta ulu öndərimiz vurğulamışdırki, Azərbaycan gəncləri Vətənə sədaqət ruhunda tərbiyə edilməlidir. Əsil vətənpərvər böyüməlidir və "Azərbaycançılıq ideologiyasını həmişə öz fəaliyyətində yaşatmalıdır.
"Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir Azərbaycanlı gənci dövlət müstəqilliyini möhləmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.
Azərbaycan gəncliyinin nə qədər vətənpərvər, ədalətli, haqsevər olduğunu 2020-ci il 27 sentyabr tarixində başlanan haqq savaşımız olan "İkinci Vətən" müharibəsi sübut etdi. Öz canından keçərək, qanı bahasına 30 il işğal altında qalan torpaqlarımız qaytarıldı. Bəlkə də çox insanın düşüncəsində Azərbaycan gəncliyinin bu mərdliyi, cəsurluğu, özgüvəni ağılasığılmaz idi. Amma Azərbaycan gəncliyi bunu bacardı. Son dövrlərdə Laçın-Xankəndi yolunda təbii sərvətlərimizin qeyri-qanuni daşınması uğrunda mübarizə qoşulması bunun bir daha əyani sübutudur. Ekofəallara dəstək verən gənclərimiz gecə-gündüz öz tələblərini sivil qayda da dünyaya çatdırırlar.
Bu gün Azərbaycanlı gənclərin aktiv fəaliyyəti hər sahədə özünü göstərir. Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular. Müharibə zamanı gənclərimiz İnformasiya müharibəsində də qalib oldular. Beləki, sosial şəbəkələrdə Azərbaycanlı gənclərin həqiqəti əks etdirən paylaşımları Azərbaycanın informasiya məkanında nə qədər üstün mövqeyə malik olmasını göstərdi.
"Mən düşünürəmki, bir Azərbaycanlı gənci olaraq həmişə ədalətin və haqqın tərəfində olmaq lazımdır. Əsl ədalət üçün həmişə mübarizə aparmaq lazımdır.
Bu gün Azərbaycan gəncliyi idmanda da böyük uğurlar əldə etmişdir. Qazandığı mükafatlar, medallar bunu bir daha sübut edir. Hətta gənclərin asudə vaxtlarını səmərəli şəkildə keçirilməsi üçün, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədilə ilə yaradılan "Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır.

Abbasova Pərvanə,
Bakı Slavyan Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024