Mobil versiya
Azərbaycan gənclərinin forumları
Tarix: 31-01-2023 | Saat: 18:12
Bölmə:Özəl | çapa göndər

Azərbaycan gənclərinin forumları

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Ümummilli liderimiz H.ƏIiyev demişdir: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»
Gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır.
Bizlər bu gün Azərbaycan vətəndaşı, Azərbaycan gənci olmağımızla fəxr edir, qürur duyuruq. Bu qürur bizdə davamlı inkişafda olan, monolit bünövrəsi Ulu öndərimiz H.ƏIiyev tərəfindən qurulmuş, günbəgün inkişaf edən, bayraqları uca zirvələrə qalxan güclü və sivil bir dövlətdə, doğma Azərbaycanımızda yaşamağımızdan irəli gəlir. Dövlətin gələcəyi və inkişafı gənclərin sağlam düşüncəsindən bəhrələnir. Gənclik cəmiyyətdə özünütəsdiq etmişdir. Gənclər cəmiyyətin ən həssas, hər an qayğıya ehtiyacı olan hissəsidir.
XX əsrin 90-cı illərində pərakəndə şəkildə fəaliyyət göstərən Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyev qəti addımlar atdı. 1994-cü il 26 iyun Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi) yaradılması, 1996-cı il fevralın 2-si ilk Azərbaycan Gənclər forumunun keçirilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi buna ən gözəl nümunədir.
Yeni nəslin inkişafının əsas vasitəsi — gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi, ümumiyyətlə, ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsi məsələləri bunun üçün əsas cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinə tapşırılmışdır. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Buraya gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımının göstərilməsi məsələləri daxildir.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
I Forum – 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.
1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.
Bu formda gəncliyin bugünkü vəziyyəti, mövcud nöqsanlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.
Bölmələrdə aparılan müzakirələr də çox səmərəli olmuşdur. Bunlar hamısı gənclərin II forumunun nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Gənclərin II forumu Azərbaycan gəncliyinin bu gününün və sabahının aydın güzgüsüdür.
Həll olunmayan məsələlər, nöqsanlar məruzələrdə və çıxışlarda cəsarətlə göstərilmişdir. Bunlar şəxsən məni çox sevindirir. Çünki bugünkü gənclər cəsarətli olmalıdırlar, hər şeyi açıq-aydın deməlidirlər, nöqsanların üstünü örtməməlidirlər. Şübhəsiz ki, nöqsanlar dövlət və hakimiyyətin ayrı-ayrı orqanlarının fəaliyyətinə aiddir. Eyni zamanda, gənclər təşkilatlarının, gənclərin özünə aiddir
III forum 13 oktyabr 2003-cü ildə,IV forum 2005-ci ildə ,V forum 03 oktyabr 2008-ci ildə,VI forum 25 oktyabr 2011-ci ildə,VII forum 2-3 iyun 2014-cü ildə ,VIII forum 16 noyabr 2018-ci ildə,IX Forum 25 dekabr 2020-ci ildə keçirilib. Onu da qeyd edək bu formaların hər biri Bakı şəhərində keçirilib.
Azərbaycan gənclərinin sonuncu forumu olan IX forumda məqsəd 2020 ci ildə ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək idi. Qeyd edək ki, gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilib: 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı keçirilib.
Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Təbii ki, bu, gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyulan vəzifənin reallaşmasının göstəricisidir.
Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Prezident İlham Əliyev demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə müntəzir olmalıdırlar.
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.

Nəsimi rayon sakini Hüseynli Billurə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024