Mobil versiya
Təchizatın artan dinamikası
Tarix: 28-01-2023 | Saat: 17:03
Bölmə:Seçki 2024 | çapa göndər

Təchizatın artan dinamikası

Davos Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak etmişdir. Belə bir möhtəbər tədbirdə iştirak edən dövlət başçısı bir daha inkişaf edən Azərbaycanın mövqeyini ortaya qoydu və ölkəmizin bütün beynəlxalq layihələrdə etibarlı partnyor olduğunu sübut etdi. Prezident İlham Əliyev çıxışında layihə çərçivəsində olan ölkələrin bir-biri ilə olan münasibətlərinin xüsüsi əhəmiyyətə malik olmasına toxunub. Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir.

​ Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Dəmir yol şəbəkəsi inkişaf olunmalıdır. Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri – avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir Təchizatın artan dinamikası göz önündədir. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur.

Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir.Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir.

Bir sözlə, son illər ərzində ölkə başçımızın fəaliyyəti nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etmiş, xarici aləmdə ölkəmizin mövqeləri güclənmişdir. Beynəlxalq siyasi arenada cərəyan edən mürəkkəb prosesləri doğru qiymətləndirən və qlobal çağırışlara adekvat reaksiya verən ölkə başçısının strateji əhəmiyyətli məsələlərdə milli mənafelərə uyğun addımlar atması uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son xarici səfərləri və İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın hərtərəfli inkişafına daha böyük töhfə verməklə yanaşı, ölkəmizin
beynəlxalq əlaqələrinin intensiv inkişafını da gücləndirəcəkdir

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə