Mobil versiya
YAP Şirvan şəhər təşkilatının hesabat konfransı keçirilib -Fotolar
Tarix: 26-01-2023 | Saat: 09:21
Bölmə:Özəl | çapa göndər

YAP Şirvan şəhər təşkilatının hesabat konfransı keçirilib

24 yanvar 2023-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının 2022-ci ilin yekunları üzrə hesabat konfransı keçirilib.
Konfransda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və fəalları iştirak edib.
Öncə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edib. Z.Qəhrəmanov bildirdi ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII Qurultayı partiyamızın həyatında əlamətdar hadisəyə çevrildi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqi qarşıya mühüm vəzifələr qoyub. Bu gün YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrlə, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.
Z.Qəhrəmanov qeyd edib ki, YAP Şirvan şəhər təşkilatı 83 ərazi partiya təşkilatında 5550 üzvü birləşdirir. Onlardan 2713 nəfəri qadınlar, 948 nəfəri isə gənclərdir. 2022-ci il ərzində partiya sıralarına 175 nəfər üzv qəbul edilib ki, onların 84 nəfərini gənclər, 89 nəfəri isə qadınlar təşkil edir. YAP Şirvan şəhər təşkilatı tərəfindən 2022-ci ildə siyasi-ideoloji işin təşkili, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif işlər görülüb.
YAP Şirvan şəhər təşkilatının məsləhətçiləri Amil İsrayılov, Valeh Xudaverdiyev və mühasib Natiq Kərimli çıxışlar edərək görülən işlər haqqında geniş məlumat verdilər.
Konfransda çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Ulu Öndərimizin “Dünənin, bu günün, gələcəyin partiyası” deyə qiymətləndirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndiririr, insanların bu
partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Yeni Azərbaycan Partiyası əbədi liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasına siyasi-mənəvi dayaq olan, Onun adı ilə simvollaşan, məsuliyyət sükanını böyük məharətlə əlində saxlayan Prezidentimiz və Partiyamızın Sədri cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə həyata keçirdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində dinamik inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm partiyadır.
Sonra ərazi partiya təşkilatlarının sədrləri Mehriban Əliyeva, Səadət Quliyeva, Aynurə Rzayeva, Zümrüd Əliyeva, Fərhad Hüseynov, Orxan Bayramov çıxış edərək YAP Şirvan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildirərək YAP Şirvan təşkilatının hesabat dövründə fəaliyyətini "KAFİ" qiymətləndirdilər..
Konfransın sonunda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim olunub.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024