Mobil versiya
Dövlət başçımızın yüksək idarəçilik qabiliyyəti, bütün dünya KİV-ni heyrətləndirib
Tarix: 25-01-2023 | Saat: 00:27
Bölmə:Özəl | çapa göndər

Dövlət başçımızın yüksək idarəçilik qabiliyyəti, bütün dünya KİV-ni heyrətləndirib

Dünya praktikasına nəzərən heç şübhəsiz demək olar ki, dövlətlər arasında baş verən münaqişə və müharibələr zamanı hərblə bərabər, aparılan informasiya müharibəsi də az rol oynamır. Hazırda planetimizin bir çox dövləri arasında get-gedə güclənərək, pik həddə çatmış informasiya müharibələri davam edir .
Ölkəmizin 30 ilə yaxın dövrdə Qarabağın azad olunması uğrunda apardığı haqlı,ədalətli müharibə zamanı da bir çox dövlətlərin bizi haqsız sayaraq, ittiham etməsinin şahidi olmuşuq. Prezident, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. Vətən müharibəsinin müzəffər sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin antiazərbaycan mövqeli xarici qüvvələrə ismarışlar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Müharibə dövründə orduya və xalqa verilən mənəvi ruh yüksəkliyinin arxasında cənab Ali Baş Komandanın çıxışları dururdu.
Qırx dörd gün davam edən müharibə dövründə cənab Prezident 11 ölkənin 26 KİV-nə müsahibələr vermişdir. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi.
Bəli, 44 günlük Vətən müharibəsi dövründə informasiya müharibəsindən də qalib çıxmış Müzəffər Ali Baş Komandan İlham Əliyev,bununla da Azərbaycan dövlətinin bu müharibədə haqlı mövqeyini sübut etmiş oldu.
Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmasını xatırlatdı. Dövlət başçısı bildirdi ki, Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir.                        
Dövlət başçımıza minnətdar olaraq, deməliyik ki, Ulu Öndər Heydər Əliyev ideyaları bu gün uğurla İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Məhz bu düzgün xətt üzrə aparılan siyasətin nəticəsidir ki, ölkəmiz inkişaf etmiş dünya dövlətləri, o cümlədən Çinlə bir çox sahələrdə əməkdaşlıq edir.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə