Mobil versiya
Prezident İlham Əliyevin DİF- də iştirakı
Tarix: 22-01-2023 | Saat: 13:58
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin DİF- də iştirakı

Dünya İqtisadi Forumu (Davos İqtisadi Forumu)- hər il İsveçrənin Davos şəhərində yeni beynəlxalq, iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etmək üçün keçirilən dünya liderləri, biznesmenlər, iqtisadçılar, elm adamlarından ibarət toplantıdır. Davos İqtisadi Forumu ( DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971- ci ildə yaradılmışdır.
1987- ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. İqtisadi xarakter daşımasına baxmayaraq Davos forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Azərbaycan Ümumdünya İqtisadi Forumunda ilk dəfə 27-31 yanvar 1995- ci ildə iştirak etmişdir. Azərbaycan respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forumda Azərbaycana həsr olunmuş görüş keçirilib və Heydər Əliyev ölkə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Beynəlxalq forum sadəcə bir dəfə 2002- ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Forumda Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib və öz çıxışında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından çox böyük narahatlıq duyduğunu bildirib.
Prezident İlham Əliyev də bir neçə dəfə Davos İqtisadi Forumlarında Azərbaycanı təmsil edib. İlham Əliyev DiF- də dövlət başçısı kimi ilk dəfə 2007- ci ilin yanvarında iştirak edib. 25 yanvar 2007- ci ildə keçirilən bu iclas “ Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda ilk iclas olmuşdur.
19 yanvar 2023-cü ildə Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumda iştirak etdi. Davos İqtisadi Forumu 2023- cü ildə son dövrün ən təsirli geosiyasi və geoiqtisadi məsələlərin qabarıq olduğu məqamda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilmişdir. Forumda 50-si dövlət və hökümət başçısı olmaqla beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 2700- ə qədər qonaq iştirak etmişdir.
Forumda xüsusilə iqtisadiyyat, 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi, yeni növ koronavirus epidemiyası, texnologiya, enerji, iqlim dəyişikliyi, səhiyyə, miqrasiya və s. beynəlxalq böhran problemləri müzakirə edilmişdir.
Yanvarın 19- da keçirilmiş forumda Prezident İlham Əliyev: “Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb” deyə qeyd edən dövlət başçısı Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişdirilməsinin müşahidə edildiyini və bunun sadəcə başlanğıc olduğunu da qeyd etmişdir.
Eyni zamanda forumda Gürcüstan və Azərbaycan arasındakı güvənli və etibarlı münasibətlərindən danışılmış və Azərbaycan və Gürcüstan arasında yükdaşımalar, nəqliyyat layihələri, eləcə də Gürcüstanla birlikdə həyata keçirilən digər işlərdən də söz açılmışdır.
Forumda iştirak edən Gürcüstan baş Naziri İrakli Qaribaşvili Azərbaycanla birlikdə Bakı – Tiblisi – Qars dəmir yolu layihəsini icra etdiklərini də qeyd etmişdir.

Bayramova Cananə,
Balı Slavyan Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024