Eltun Süleymanov: “Çinlə əməkdaşlıq möhkəm siyasi platforma üzərində qurulan iqtisadi əməkdaşlıqdır”
Tarix: 21-01-2023 | Saat: 21:49
Bölmə:Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Azərbaycan və Çin arasında əlaqələrin qədim tarixi kökləri vardır. Orta əsrlərdən bəri dünya ticarətində əsas mövqeyə malik olan İpək yolu bu ölkələrin mədəni-siyasi və ticarət əlaqələrində də mühüm rol oynamışdır. Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə səfər etmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. O vaxtdan bəri ardıcıl surətdə Azərbaycan Çinin "Vahid Çin" siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, “Bu günlərdə İsveçrənin Davos şəhərində keçirilən illik İqtisadi Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibədə bu nüanslara toxunaraq demişdir: “ Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.” Cənab Prezidentin qeyd etdiyi kimi, bir sıra regional və beynəlxalq problemlərin həllində çox vaxt Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Rəsmi Pekin beynəlxalq kürsülərdən Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etmişdir. Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Çin BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 üzvündən biridir. Onun beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir.”
Müsahibimiz son olaraq qeyd etmişdir ki, “ Azərbaycan Çinin simasında idxalat və ixracat mallarına malik böyük bir bazarla əlaqə saxlamaqda olduqca maraqlıdır. Çin də eyni zamanda Azərbaycan bazarına can atır. Son zamanlar Azərbaycanın Çin bazarında geniş təmsil olunması müşahidə olunur. Təsadüfi deyil ki, hazırda Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir. Həmçinin Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində iştirakı iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyardır. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox Çin şirkəti fəaliyyət göstərir. Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Belə bir tərəfdaşla münasibətlərin yükəsk səviyyədə qurulması və gündən-günə inkişaf etdirilməsi ilk növbədə ölkə rəhbərinin düzgün siyasətinin nəticəsidir. Cənab Prezident müsahibəsində: “Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır.” -fikri onu göstərir ki, Çinlə əlaqələrimizin daha da yaxşılaşması, ticarət əlaqələrinin genişəlnəməsi üçün hər cür imkan var. Bu imkanların işə salınması Azərbaycanın gələcək iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024