Gəncə şəhər İcra Hakimiyyətində Türkiyənin Baş konsulu ilə görüş keçirilib -Foto
Tarix: 18-01-2023 | Saat: 12:06
Bölmə:Özəl | çapa göndər
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Cümhuriyyətinin ötən ilin sonlarında Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Recep Öztopla görüşüb.
aia.az xəbər verir ki, yeni təyinatı ilə bağlı qonağı təbrik edən şəhər rəhbəri Recep Öztopa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verib. Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu, daim qardaş ölkənin yaxın dəstəyini hiss etdiyini qeyd edən N.Bayramov bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Baş konsul Recep Öztop Türkiyə ilə Azərbaycan arasındaki qardaşlığın ən gözəl nümunələrindən olan Gəncə şəhərində xidmətə başladığı üçün qürur duyduğunu bildirib. Daha öncə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunda çalışdığını qeyd edən R.Öztop bugünədək Gəncə şəhərində həyata keçirilən tədbir və layihələrin bundan sonra da davam etdiriləcəyini bildirərək, bu istiqamətdə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyinə inandığını bildirib.
İcra başçısı N.Bayramov Baş konsula bildirib ki, dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunub: “Bununla əlaqədar il ərzində Gəncə şəhərində bir sıra tədbirlər həyata keçiriləcək. Bu tədbirlərdə Siz başda olmaqla Baş konsulluğun bütün əməkdaşlarının iştirakından məmnun olardıq”.
Görüşdə Gəncə şəhərində reallaşdırılan bir sıra infrastruktur layihələri barədə məlumat verilib, perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024