Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Tarix: 18-01-2023 | Saat: 11:38
Bölmə:Özəl | çapa göndər
Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur. 1994-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirlikləri Ankaradakı Səfirini Azərbaycana akkreditə etmişdir. 2003-cü ilin 8 iyul tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında onların müvafiq əraziləri arasında və bu ərazilərin hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında" Saziş imzalanmışdır. Saziş; Bununla əlaqədar Bakı şəhəri, 5 dekabr 2003-cü il tarixli, № 533-IIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir. 2011-ci ilin noyabr ayı bu səmərəli əməkdaşlığı daha da irəli aparmaq üçün yeni bir başlanğıc oldu. Bu, həmin o tarixdir ki, Bakıda konsulluq xidmətləri, siyasi və iqtisadi məsələlərlə yanaşı, təhsil və mədəniyyət məsələləri ilə də məşğul olacaq Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açılmışdır. Bu möhtəşəm hadisədən dərhal sonra 2012-ci il fevralın 14-də Birləşmiş Ərəb Əmirliklərinin Xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyan Azərbaycana işgüzar səfər etmişdir.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiya naziri Sultan bin Əhməd əl-Cabir tədbirdə çıxış edərək ölkəsinin dayanıqlılıq sahəsində siyasətindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.Sonra dövlətimizin başçısı açılış mərasimində çıxış edib. Bir il ərzində səfirliyin iki ölkəni biri-birinə daha yaxın etmək səyləri öz bəhrəsini vermişdir. Belə ki, Dubay Ticarət və Sənaye Palatası məhz Azərbaycanın paytaxtında özünün xaricdəki ilk ofisini açmışdır. İndi Bakı Dubay Palatası üçün regionun digər ölkələrinə açılan qapıdır. Eyni zamanda Dubay Palatası özlüyündə azərbaycanlı iş adamları və şirkətləri üçün Birləşmiş Ərəb Əmirliklərindəki iqtisadi imkanlara çıxış əldə etməyi asanlaşdırır.
Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də son dərəcə əhəmiyyətli idi. Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə reallaşan görüşdə ölkəmizin başçısı Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi xoş münasibətə görə təşəkkür edərək, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaza aid müzakirələrdə bu dövlətin respublikamıza göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və qardaşlıq nümunəsi adlandırdı.
Aidə Məhərrəmova,
ADPU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024