Mobil versiya
Qəbul olunan bu qanun zamanın tələblərinə və çağırışlarına tam olaraq uyğun gəlir
Tarix: 16-01-2023 | Saat: 15:29
Bölmə:Özəl | çapa göndər

Qəbul olunan bu qanun zamanın tələblərinə və çağırışlarına tam olaraq uyğun gəlir

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini alqışlayıram. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3-də qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.
Bu günədək siyasi partiyaların fəaliyyətini tənzimləyən “Siyasi partiyalar haqqında” sənədin qəbulundan 30 il vaxt keçir. Bu illər ərzində Azərbaycanın qazandığı uğurların xronologiyası siyasi sistemdə aparılan islahatların real nəticələrini ortaya qoyur. Bircə bu faktı qeyd edə bilərik ki, bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib. Həmin Qanun təbii ki, qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Bu, o dövr idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Təbii ki, o zamanın hədəfləri tamamilə fərqli idi. İllər keçdikcə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın ictimai-siyasi həyatında dünyanı heyrətləndirən yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hər zaman çağırışları yüksək səviyyədə cavablandıran Azərbaycanın dövlətinin mövcud qanunlara mütəmadi olaraq əlavə və dəyişikliklər etməsi də bu tələblərdən irəli gəlirdi. Yeni sənədin tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanunda hansı hallarda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilmədiyi də öz əksini tapıb. Bu qanunun konsepsiyası siyasi sistemimizdə siyasi partiyaların yerinin və rolunun güclənməsinə, onların Azərbaycan dövlətçiliyinə daha ciddi töhfələr verməsinə yönəlib.
Bu baxımdan yeni qanun layihəsinin konsepsiyası cənab Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilməli və qəbul edilməlidir. Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. “Siyasi partiyalar haqqında” yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Ümumi qənaət budur ki, nə qədər siyasi partiya yaradılsa da onların fəaliyyətində bir prinsip əsas götürülməlidir: Dövlətə, dövlətçiliyə xidmət!

Sevinc Əhədova,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024