Mobil versiya
Xankəndi-Laçın yolundakı ekoloji aksiya ermənilərin qanunsuz fəaliyyətinə qarşı yönəlib
Tarix: 16-01-2023 | Saat: 10:22
Bölmə:Seçki 2024 | çapa göndər

Xankəndi-Laçın yolundakı ekoloji aksiya ermənilərin qanunsuz fəaliyyətinə qarşı yönəlib

Təcavüzkar Ermənistan öz havadarlarının birbaşa dəstəyi və köməyi ilə 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan Respublikasının suveren ərazilərində sözün əsl mənasında vandalizm törətmişdilər. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan torpaqlarımızda dünyada misli görünməmiş dağıntılar, o cümlədən tarixi-mədəni və dini abidələrə, təbiətə qarşı vəhşilik aktı gerçəkləşdirmiş, işğal altında saxladıqları əraziləri yerlə-yeksan etmişdilər.
Bütün bu vandalizm aktlarına baxmayaraq, işğalçı Ermənistan beynəlxlaq ictimaiyyəti öz saxta və yalan təbliğatlarına inandırmağa çalışırdılar. Onların bütün yalanları Azərbaycan Prezidenti İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində ifşa olundu. Azərbaycan Ordusunun öz torpaqlarını heç bir mülki obyektə zərər vermədən işğaldan azad etməsi işğalçı Ermənistanın bütün yalanlarını da üzə çıxardı.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən erməni vandalları tərəfindən yerlə-yeksan edilən yaşayış binalarını, dağıdılan maddi-mənəvi irsimizi görərkən demişdi: “...Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oldum ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı”.
İşğalçı Ermənistanın ifşası qələbədən sonrakı illərdə də davam etdirilib. Məsələn, 2021-ci il dekabrın 13-də Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə “Erməni vəhşiliklərinin ifşası” adlı layihənin təqdimatını keçirib. Layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, qeyri-humanist mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaq olub.
Çünki Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində erməni təcavüzkarlarının cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni irsin qorunması, arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992-ci il), mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasının (1972-ci il) prinsiplərinə ziddir.
Bir sözlə, Ermənistan son 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində bənzərsiz cinayətlər törədib. Belə ki, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin əlinə keçmiş Azərbaycanın əksər şəhər, qəsəbə və kəndləri 700 mindən çox azərbaycanlı sakinlərindən etnik təmizlənməyə məruz qalıb və dağıdılıb. Minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxanalar və teatrlar talan edilib. Bundan başqa, Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhqir etmək üçün bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.
Qeyd ediliyi kimi, ölkəmizin 30 ilə yaxın işğal altında olan qalan ərazilərində təbii sərvətlərimiz də talan edilib. Belə ki, işğaldan azad edilmiş torpaqlarda təxminən 160 növ müxtəlif metal yatağı olub. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli dekorativ daşlar və digər təbii yataqlar mövcud idi. Düşmən Kəlbəcərdəki Zod, Ağdərədəki “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarını bu gün də qanunsuz şəkildə istismar edir. Həmin yataqlardan çıxarılan xammalı dünyanın bir çox ölkələrinə ixrac edir. Meşələrimiz, nadir ağaclarımız da kəsilir. Ermənilər çaylarımızı, sularımızı da zəhərləməkdə davam edir.
Artıq beynəlxalq aləm də ermənilərin Azərbaycan torpaqlarında törədikləri vəhşilikləri etiraf edir. Amerikalı ekspert Piter Teys Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın kobud şəkildə pozulması olduğunu bəyan edib: “Erməni rejiminin rəhbərləri Azərbaycanın günahsız əhalisinə qarşı törətdikləri cinayətlərə, habelə Avrasiyanın ətraf mühitinə, su və meşə ehtiyatlarına ziyan vurduqlarına görə məsuliyyət daşımalı və beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır.
Bu gün Azərbaycan xalqı bütün bu haqsızlıqlara qarşı etiraz səsini ucaldaraq haqlı tələbini irəli sürür. Xankəndi-Laçın yolundakı ekoloji aksiya ermənilərin qanunsuz fəaliyyətinə qarşı yönəlib. Dövlət başçısımız cənab İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024