Mobil versiya
2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq
Tarix: 14-01-2023 | Saat: 17:07
Bölmə:Özəl | çapa göndər

2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq

Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində bir çox əhəmiyyətli məsələlərə toxundu. Xüsusilə qeyd etdi ki,​ İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi​ qələbəmizi​ siyasi müstəvidə də təsdiqləmək idi.​ 2020-ci ildəki Vətən müharibəsindən sonrakı 2 il 3 ay ərzində - postmüharibə dövründə Azərbaycan kifayət qədər böyük bir inkişaf yolu keçdi, ciddi nailiyyətlər əldə olundu. Həm siyasi baxımdan, həm diplomatik masalardakı uğurlar, həm də işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri baxımından kifayət qədər ciddi işlər görüldü.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.Prezidenti həmçinin qeyd edib: “Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur. Əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli - ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir”.“Son bir il ərzində – mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi.İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq.Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlarımız dünyanın diqqətindədir. İkinci Qarabağ müharibəsinin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından iki ildən çox vaxt keçir. İstər 10 noyabr üçtərəfli Bəyanatda, istərsə də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan Bəyannamədə əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir.​ Amma Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir.Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır.Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər.Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Onların təsir dairəsində olan bir sıra ölkələrin siyasətçiləri də münaqişədən özlərinin bölgədə təsir imkanlarının artması üçün istifadə etmək istəyirlər. Bu prosesin qarşısını ala biləcək yeganə qüvvə Azərbaycan xalqının iradəsi, onun silahlı qüvvələri, Ali Baş Komandanıdır.Biz heç kəsdən nəsə gözləməməliyik. Azərbaycan güclü olmalıdır. Azərbaycanın ən müasir ordusu olmalıdır. İstənilən zaman beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan istənilən təhlükələrin qarşısını ala bilər.

Prezident İlham Əliyev Ermənistanla böyük ehtimalla üçüncü müharibənin olmayacağını, çünki Azərbaycanın strateji yüksəkliklərə nəzarət etdiyini bildirib. Başqa amil də bundan ibarətdir ki, Ermənistanın Azərbaycanla müharibə aparmağa gücü və potensialı yoxdur.Prezident hesab edir ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa məcburdur. Bunun bu il və ya gələn il baş verəcəyini söyləmək çətindir.​ Prezident bir daha vurğuladı ki, 2023-cü il Azərbaycan üçün düşərli olacaq. Dövlətimizin başçısı 2023-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacağına inamını ifadə etdi.Prezident İlham Əliyev bu il də dövlətin əsas diqqət mərkəzinin, yəni əsas xərclər istiqamətinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi olacağını söylədi. Əsas məsələ yenə də işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndirməkdir.​

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024