Mobil versiya
Nahidə Qarayeva: Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir
Tarix: 14-01-2023 | Saat: 16:14
Bölmə:Seçki 2024 | çapa göndər

Nahidə Qarayeva: Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.Hər il milli media ilə vaxtaşırı görüş keçirən prezident İlham Əliyev bu ilin əvvəldə də keçirilən görüşdə çoxşaxəli dövlət fəaliyyətləri haqqında aydın məlumat verib, dövlətin indiki və gələcək halının təsvirindən danışan prezident eyni zamanda verilən suallarıda aydın cavablayıb.
Görüş zamanı prezident İlham Əliyev, Azərbaycanın dünya nüfuzundan, ikinci Qarabağ müharibəsindən sonrakı əsas vəzifələrdən, dövlət mövqeyindən və ən əsası xalqın rifahının yaxşılaşdırılması üçün görüləcək işlərdən bəhs edib .Prezident İlham Əliyev dövlət iqtisadiyyatdan və illik xərclərdən bəhs edib.İlk olaraq bizim iqtisadi nailiyyətlərimiz haqqında geniş məlumat verib, çünki bu, sıradan olan məsələ deyil. Prezident qeyd edib ki, dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir. Çünki biz bütün işləri öz hesabımıza edirik deyə prezident bildirib.Prezident İlham Əliyev dövlət sektorlarındakı artımdan da bəhs edib. Sənaye istehsalımız 5 faizdən çox, qeyri-neft sənayemiz 20 faizə yaxın artdığını bildirib. Hər bir vətəndaş üçün bu adi rəqəmlər ola bilər,ancaq hər bir vətəndaş öz həyatında bu rəqəmlərin və bu nailiyyətlərin nəticələrini təbii olaraq hiss edir. Bunun ardı üçün layihələrin hazırlığından və nəticəsinin təxminindən söz açan prezident, əmək hakların də müəyyən dərəcədə yaxşılaşdırılması üçün layihələrin hazırlığından danışıb. Bu ilin ilkin addımı olaraq da 2023-cü il yanvarın 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilməsi haqqında Fərman imzalayıb.

Nahidə Qarayeva ,
Azərbaycan Dövlət Pedaqoji Universiteti.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024