Özləm Əliyeva: Yerli televiziyada layiqli qələbəmiz
Tarix: 14-01-2023 | Saat: 16:03
Bölmə:Gündəm | çapa göndər
Məlum olduğu kimi, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. İlham Əliyevin müsahibəsi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Qardaş Türkiyə mediası, o cümlədən Anadolu və İHA xəbər agentliklər, “TRT Haber”, “TRT Avaz” və digər telekanallar, “Yeni Akit”, “Milliyet” və sair qəzetlər dövlətimizin başçısının müsahibəsindəki mühüm məqamları, o cümlədən Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikirlərini müxtəlif sərlövhələrlə geniş şəkildə təqdim edilmişdir.
Müsahibə də İkinci Qarabağ müharibəsindən danışılmış eyni zamanda layiqli qələbəmiz dünya ictimayətinə bir daha çatdırılmışdır.
İlham Əliyev bu haqqda söylədiklərindən qısaca məlumat vermək istərdik:
-İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına da mühüm mesajlar ötürdü.
Avstriyanın aparıcı nəşrlərindən olan “Zalsburq xəbərləri” (Salzburger Nachrichten) qəzetində isə sözügedən müsahibəyə həsr edilmiş “Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq” sərlövhəli məqalə dərc olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarükünə dair hələ aylar əvvəl əldə edilmiş razılığı bir daha vurğuladığı diqqətə çatdırılıb. Gürcüstanın “dalgatv.ge”, “24news.ge”, “newsday.ge”, “aktual.ge” saytları, Yaponiyanın “ajmedia.jp” portalı da Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsindən fikirlər yayılmışdır.
Özləm Əliyeva,
Nəsimi rayon təhsil işçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər