Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib
Tarix: 13-01-2023 | Saat: 19:54
Bölmə:Özəl | çapa göndər
Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.
“Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında”, – Prezident bildirib.
İdman sahəsində əldə edilən uğurlar dövlətin ümumi inkişaf səviyyəsini müəyyənləşdirən vacib meyarlardandır.Ölkəmizdə idmana qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.İdmanın inkişafı ildən-ilə daha geniş vüsət alır.
Bu gün Azərbaycan dünya miqyasında güclü idman ölkəsi kimi tanınır. Bütün idman tədbirlərində Azərbaycanın ön sıralarda qərarlaşması bunun bariz nümunəsidir. İdmançılarımız artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləyib.
Ölkəmizdə bədən tərbiyəsi və idman Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin daimi qayğısı ilə əhatə olunmuşdur. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.
1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılmışdır.
Ölkə Prezidenti tərəfindən 2012-ci ilin “İdman ili” elan olunması da dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisidir. Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilir.
Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir.
Əminik ki, bədən tərbiyəsi və idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən məqsədyönlü tədbirlər daha böyük uğurların təməlini qoyacaq.
Gülpəri Məmmədli Famil qızı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024