Azərbaycan müstəqil dövlət kimi bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır
Tarix: 13-01-2023 | Saat: 19:52
Bölmə:Özəl | çapa göndər
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti bu gün Azərbaycanı idman ölkəsinə çevirib. Bu, idmançıları yeni qələbələrə ruhlandırır.
Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.
Xüsusi olaraq qeyd edək ki, ölkə Prezidenti tərəfindən 2012-ci ilin “İdman ili” elan olunması da dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisidir. Dövlət başçısı tərəfindən həyata keçirilən bu siyasətin məntiqi nəticəsini hazırda idmançılarımızın dünya miqyaslı yarışlarda əldə etdikləri möhtəşəm qələbələrdə, Bakının ev sahibliyi etdiyi turnirlərdə görürük. Azərbaycan idmançıları dünya arenalarında uğur qazanıb ölkəmizin adını ucaltdıqları kimi, paytaxt Bakımız da Avropanın idman mərkəzi statusunu dünyanın idman mərkəzlərindən biri statusuna dəyişməyə başlayıb. Belə ki, beynəlxalq yarışların respublikamızda keçirilməsi son illər ənənə halını alıb.
“İdman ili”nə həsr olunmuş, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil edilmiş, dünya şöhrətli “Formula-1”in çempionu “Red Bull Racing” komandasının canlı əfsanəsi Devid Kulthardın iştirakı ilə avtoyürüş və nümunəvi çıxışlar paytaxtımızın sakinləri, həmçinin, qonaqları tərəfindən maraq və sevinclə qarşılanıb. Sevindirici haldır ki, artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirilir.
Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviləşməsinə mühüm önəm verilir. Eyni zamanda MOK rəhbərliyinin peşəkarlığı, təşkilatçılıq məharəti, qətiyyəti, iradəsi, qarşıya qoyulmuş məqsəd və vəzifəyə doğru addım-addım, təmkinlə irəliləmək bacarığı sayəsində Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır.
Ölkə Prezidentinin hər zaman böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır. İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq.
Rizvan Kamil oğlu Mahmudov,
ADPU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024