Azərbaycan idmanda da böyük uğurlar qazanıb
Tarix: 13-01-2023 | Saat: 19:49
Bölmə:Özəl | çapa göndər
Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə dəiqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu naliyyəti güclü liderin–Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb, sürətli inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin prioritetləri sırasında mühüm yerlərdən birini tutur.
O vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan İlham Əliyev bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi. Hazırda demək olar elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın.
Azərbaycanda idmanın kütləviliyinə nail olmaq üçün zəruri tədbirlər görən prezident İlham Əliyevin idmanı çox sevməsi də mütləq vurğulanmalıdır, çünki başlıca nailiyyətlərin mərkəzində duran mühüm amillərdən biri də məhz budur. O, hər dəfə iftixarla bildirir ki, dövlət başçısı vəzifəsinə ölkənin vahid idmançılar ailəsindən gəlib. Ona görə də prezident seçildikdən sonra da Milli Olimpiya Komitəsinin rəhbəri kimi fəaliyyətini davam etdirməyi lazım bilib. Azərbaycan idmançılarının olimpiya oyunlarında uğurlarının yüksələn xətlə irəliləməsi bu sahədə aparılan işin planlı olmasının və ardıcıllığının göstəricisidir.
Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər.
Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir və bu onlarda ruh yüksəkliyi yaradır. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz illərdir işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bötövlüyü təmin edildi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulacaq, Qarabağ toprağında həyat canlanacaq. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq.
Canəli Alışov İlham,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024