Mobil versiya
Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir
Tarix: 13-01-2023 | Saat: 19:47
Bölmə:Özəl | çapa göndər

Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

Bu gün hər birimiz böyük fəxr hissi ilə qeyd edirik ki, günbəgün güclənən, qüdrətlənən, dünya birliyində layiqli yer tutan   Azərbaycan  qürür mənbəyimizdir. Bu uğurlarımızı önə çəkərkən, təbii ki, onların böyük səylərin, qətiyyətin sayəsində qazanıldığını  unutmamalıyıq. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, həyat  inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Gənclərin Azərbaycanın  müstəqillik yolunun  nə qədər ağır dövrdən keçməsindən xəbəri yoxdur. Bunun üçün onları düzgün məlumatlandırmaq, tariximiz barədə aydın təsəvvür yaratmaq əsas tələblərdəndir. Müharibə şəraitində yaşayan bir ölkədə vətənpərvər ruhlu gənclərin yetişdirilməsi vacibdir.
  44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması  hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır.
  Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni- Zəfər Gününü yazdı.  Hələ müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər.
  Azərbaycan  zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində olub. Baxmayaraq ki, tariximiz  şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də doludur. Bu günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda gələcəyə inamla irəliləmələridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə  hakimiyyətə qayıdışı digər sahələr kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  istiqamətində də uğurlu yolun əsasını qoydu. Hər bir ölkənin dünyada öz təsdiqini tapmasında həqiqətlərinin düzgün təbliği vacib rol oynayır.  Milli maraqlar hər şeydən öndə dayanmalıdır. Tariximizin, mədəniyyətimizin, həqiqətlərimizin təbliğinə, vətənpərvərlik hissinin aşılanmasına xidmət edən  tədbirlərin miqyasının genişləndirilməsi mütləqdir. 
44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. 
Hər bir dövlət  onda güclü olur ki, onun qüdrətli  iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi.  Gənclərimizin bu gün dövlət başçısı  İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də  onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Xatırladaq ki, müstəqilliyimizin ilk illərində digər sahələr kimi, orduda da vəziyyət acınacaqlı idi.  Hərbi çağırışdan yayınma halları geniş vüsət almışdır. Amma ulu öndər  Heydər Əliyevin hakimiyyətə qayıdışından  sonra ordu quruculuğu sahəsində əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı. «Vətən mənə oğul desə, nə dərdim» prinsipi gənclərimizin fəaliyyətinin əsasına çevrildi. 1993-cü ildən başlayaraq gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Təbii ki, bu da gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi ilə bağlı idi. Bu gün hər çağırış gənclərin böyük vətənpərvərlik çoşquları ilə qarşılanır.
Gənclərimiz bu gün  Azərbaycanın  xarici ölkələrdə təbliğatçılarıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği  prioritet istiqamətlərdəndir. Leyla Əliyevanın  təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət!» beynəlxalq kampaniyası çərçivəsində bütün dünya xalqlarına  bəyan edilir  ki, genosidə  məruz qaldıqlarını saxta fakt və iddialarla sübuta yetirməyə çalışan ermənilər tərəfindən əsl soyqırıma məruz qalan  Azərbaycan xalqıdır.
Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İlham Əliyev mərasimdə Azərbaycan idman üzrə uğurlarından söhbət açıb və bu uğurların ürəkaçan olduğunu nəzərə çatdırıb.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbəsi, YAP üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024