Ölkəmizdə idmanın inkişafı yüksək səviyyədədir.
Tarix: 13-01-2023 | Saat: 00:28
Bölmə:Özəl | çapa göndər
1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkəmizdə bütün sahələr kimi idmanın inkişafına da böyük önəm verildi. Beynəlxalq səviyyəli idman yarışlarına dəvət alan Azərbaycan idmançılarının hər dəfə qazandıqları uğurlar bizi qəlbən fərəhləndirir və sevindirirdi. Fəxri kürsülərə qalxaraq, üçrəngli bayrağımızı dalğalandıran , himnimizin səslənməsinə səbəb olan idmançılarımızın sayı get-gedə artırdı. Təbii ki, bu istiqamətdə idmana dövlət dəstəyi müstəsna rol oynayırdı. Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, eləcə də ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Dövlət başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artır. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya İdman kompleksləri, stadionlar, idman zalları tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman strukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.
İdmana göstərilən qayğının bariz nümunəsi olaraq, respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir. Ölkəmizdə 50-dən artıq müasir idman kompleksləri artıq inşa edilərək istifadəyə verilib.
Artıq müstəqil Azərbaycan dövləti beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalq kimi təmsil edir.
Mən də keçmiş bir idmançı kimi, Prezidentimiz İlham Əliyev cənabları tərəfindən ölkəmizdə idmana göstərilən diqqət və qayğını yüksək dəyərləndirirəm. Son illər “ Qarabağ ” futbol klubunun Avroliqada qazandığı qələbələr də ölkəmizdə idmanın sürətlə inkişaf etməsini bir daha sübut edir.
Möhtərəm Prezidentimiz , Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə, Azərbaycan digər sahələrdə olduğu kimi , idman sahəsində də böyük uğurlara imza atmışdır.
Artıq dövlətimiz tərəfindən Qarabağda abadlıq , quruculuq işləri yüksək sürətlə həyata keçirilir.İnanırıq ki, növbəti idman kompeksləri işğaldan azad olunmuş torpaqlarımızda inşa ediləcəkdir.
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024