Mobil versiya
Ruslan Rzayev: Qazaxda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin -Fotolar
Tarix: 10-01-2023 | Saat: 10:29
Bölmə:Təhsil | çapa göndər

Ruslan Rzayev: Qazaxda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin

“Duolingo – oyna və öyrən!” adlı qalib layihəsi uğurla həyata keçirilir

Qazax şəhər İsmət Qayibov adına 3 saylı tam orta məktəbin direktoru Ruslan Rzayevin “Duolingo – oyna və öyrən” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olduğu layihə uğurla davam etdirilir.
Layihənin məqsədi: Duolingo serverinin imkanlarından istifadə edərək 3 saylı tam orta məktəbin 6-9 sinif şagirdlərində ingilis dilinə maraq yaratmaq, onları motivə etmək, dil kompetensiyalarını artırmaq və IX sinif şagirdlərinin buraxılış imtahanında daha yüksək nəticələr əldə etmələri üçün repetitorların Duolingo proqramı ilə əvəzlənməsini təmin etməkdən ibarətdir.
Layihənin icrasına 15.09.2021-ci il tarixində başlanılmış, Layihə rəhbəri Ruslan Rzayev və layihənin eksperti Şəlalə Məhərrəmova şagirdlərin ingilis dilinin öyrənilməsində hansı çətinliklərlə rastlaşdıqlarını müəyyən etdikdən sonra 6-9 sinif şagirdləri Duolingo tətbiqi vasitəsi ilə öz ingilis dili bacarıqlarını inkişaf etdirməyə start verdilər. Sorğu nəticəsində məlum olmuşdur ki, şagirdlər üçün xarici dilin öyrənilməsində ən böyük çətinlik psixoloji maneyədir. (danışmaq qorxusu, gülünc obyekti olmaq qorxusu və s.) Hal-hazırda şagirdlər bu problemləri aradan qaldırmaq və öz ingilis dili kompetensiyalarını artırmaq üçün Duolingo serverinin imkanlarından həvəslə istifadə edirlər. Bu məqsədlə ingilis dili müəllimi Tahirə Xasməmmədova şagirdlər üçün Duolingo dərsləri təşkil edir. Dərslərə 20 oktyabr tarixindən start verilib.Layihənin ilk günündən etibarən şagirdlərimizin yaş və ingilis dili səviyyələrini nəzərə alaraq onları aid olduqları sinifər üzrə 4 qrupa böldük: 6, 7, 8, 9-cu siniflər. Pre-testin nəticəsini əsas tutaraq qərara gəldik ki, bütün siniflər üzrə ilkin mərhələdən başlansın. Həm 6-7 siniflər, həm də 8-9-cu siniflər üçün eyni proqram tərtib olundu. Təbii ki, bu siniflərdə fərqli olan səviyyələr üzrə gedişlərin surətidir. Belə ki, 6 və 7-ci siniflərdə gündəlik işlənən frazalardan başlayaraq orada işlədəcəyimiz söz və ifadələrin siyahısı, leksik və morfoloji qaydaları təkrar etdikdən sonra isə unitelər tədris olunmağa başladı. İlk günlər şagirdlərimiz üçün bir gədər çətin oldu. Belə ki, az da olsa tələffüz fərqləri, artiklların işlənmə yeri, isimlərin tək və cəmi kimi etdikləri səhvlər onların qazandıqları hesablardan çıxılırdı. Bu isə ilk günlər onları çox məyus edir və oyunu davan etdirməyə həvəsləndirmirdi. Lakin layihəmizin birinci həftəsindən sonra onların göstərdikləri naliyyətləri FB səhifəsində görmək, qabaqcıl şagirdlərimizin nümunəsini siniflər arasında paylaşmaq, siniflərin votsap qrupunda onlar haqqındakı yazılar və layihənin sonunda alacaqları sertifikatlar onların bu oyuna olan həvəsini bir qədər artırdı. Şagirdlərə bildirildi ki, bu layihəyə məktəbin müəllim heyyəti də qoşulmuşdur və onların irəliləyişləri məktəbdə elan olunur. Bunlar şagirdlərə böyük motivasiya verdi və onlar müəllimlərdən öndə olmaq üçün çalışmağa başladılar. Artıq bu siniflərdə Duolingo üzrə 500-dən çox söz ehtiyatına malik olma, özünü ifadə etmə, ünsiyyət qurma və hər hansı bir mövzu üzrə fikir bildirmə bacarıqları inkişafına nail olunmuşdur. Ümumi keçirilən dərslərlə yanaşı yoldaşlarından bir qədər geridə qalmış şagirdləri həvəsləndirmək üçün onlarla fərdi dərslər keçirilir ki, bu da onların yarışda qalib gəlməsi üçün daxili və xarici motivasiyanı gücləndirməyə xidmət edir. Keçilən hər bir bölmənin sonunda hesabat xarakterli suallar verilir və cavablandırılır. Unitelərin sonunda keçirilən testlərin sayəsində boşluqları aradan qaldırmaq üçün həmən sözlər yenidən lüğətə daxil edilir və qrammatika təkrarlanır. Qrammatika dinləmə və oxu vasitəsilə mərhələli şəkildə izah olunur. Belə ki, tədris edilən qrammatik materialın daha çox ifadə olunduğu dinləmədən sonra həmən dinləmənin transkript forması, habelə qrammatikaya aid olan sözlər nöqtələrlə verilir. Ümumi qayda lövhəyə yazılır və şagird nümunəyə əsasən nöqtələrin yerini doldurur. Yazılanlar müzakirə olunur, sonda həmin qrammatik qayda səhvlərlə verilir ki, şagirdlər həmin səhvləri düzəltsinlər.
Ən sonuncu mərhələ isə bu qaydanın qurulmuş dialoqda işlənməsidir. Bu cür izahatdan sonra nəticə etibarı ilə şagirdlər artıq Duolingo səviyyələrini yüksəldə bilirlər. Proqramdan irəlidə olan şagirdlərə isə cüzi izahat lazımdır ki, onlar dayanmadan irəli getsinlər. Belə şagirdlər öz-özünə öyrənməyə daha çox üstünlük verirlər. Hətta keçmədikləri qrammatik qaydaları belə etdikləri səhvlər əsasında öyrənirlər. Dekabr ayında şagirdlərə keçirilən “while-project testing” nəticələrinə əsaslanaraq deyə bilərik ki, “Duolingo-oyna və öyrən” yarışmasına qoşulan şagirdlərin ingilis dili səviyyəsi ümumilikdə 23% artmışdır. Verilən yoxlamaların nəticəsindən başqa bunu fənn müəllimləri də təsdiq edirlər.
Hal - hazırda dərslər və yarışmalar davam edir.

Layihə rəhbəri:
Qazax şəhər 3 saylı tam orta məktəbin direktoru Ruslan Rzayev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024