Mobil versiya
“Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə yeni direktor təyin olunub
Tarix: 10-01-2023 | Saat: 10:14
Bölmə:Özəl | çapa göndər

“Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə yeni direktor təyin olunub

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə “Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə yeni direktor təyin olunub.

aia.az xəbər verir ki, tibb müəssisəsinin direktoru vəzifəsi Faiq Abdullayevə həvalə olunub. Qeyd edək ki, F.Abdullayevdən öncə 2021-ci ilin noyabrından direktor vəzifəsində xəstəxananın onkoloqu, əməliyyat blokunun rəhbəri Abdulqadir Sultanov çalışıb.

Məlumat üçün bildirək ki, F.Abdullayev 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə profilaktika fakültəsində, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
F.Abdullayev bu təyinatadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göyçay, daha öncə isə Mingəçevir şəhər filialının rəhbəri olub.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024