Mobil versiya
“Bolmart”da nöqsanlar aşkarlandı
Tarix: 09-01-2023 | Saat: 17:39
Bölmə:Seçki 2024 | çapa göndər

“Bolmart”da nöqsanlar aşkarlandı

Gəncə şəhərində Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində “Promart” MMC-yə məxsus “Bolmart” mağazasında yoxlama aparılıb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, unlu qənnadı məmulatlarının qablaşdırılmasında etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı mağazanın hüquqi nümayəndəsi barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və icrası məcburi göstərişlər verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024