Mobil versiya
"Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır
Tarix: 30-12-2022 | Saat: 09:17
Bölmə:Ölkə | çapa göndər

"Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrün tələblərinə uyğun olaraq genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsini davam etdirən Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, 2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə yazıldı.

Dünya azərbaycanlılarının keçirilən hər bir qurultayı birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi, Azərbaycanın uğurlu gələcəyi naminə atılan addımlara töhfələrinin miqyasını artırdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər.
Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “Bir millət iki dövlət“ prinsipi Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün istifadə edilən milli konsepsiyadır. Bu konsepsiya xüsusilə Azərbaycanın rəsmi mövqeyinin əsasını təşkil edir.
Qeyd edək ki, hələ ota əsrlərdən etibarən türk millətni qarşı - qarşıya gətirmək istəyən qüvvələr indi də bu iki qardaş dövləti bir-birindən ayırmağa çalışırlar. Hələ orta əsrlərdə də Avropanı iki turk imperiyasının mövcudluğu narahat edirdi. Son dövrlərdə də Türkiyə və Azərbaycan qardaşlığının getdikcə inkişaf etdməsi bir sıra dövlətləri narahat edir. Bu qardaşlığı pozmağa yönəlik müxtəlif oyunlar oynanılsa da sonda nəticəsiz qalıb.
Ermənilərin ortaya atdığı qondarma “soyqırım“ məsləsi də göstərir ki, türk millətinin birliyini istəməyn qüvvələr bu kartdan hər iki dövlətə qarşı istifadə edirlər.
Tarix Türkiyə Azərbaycan qardaşlığını müxtəlif vaxtlarda sınağa da çəkib və millətimiz həmin sınaqlardan üzüağ çıxıb. Bu sınaqlardan Çanaqqala savaşını və Bakının işğaldan qurtuluşunu göstərmək oar. 1915-ci ildə Çanaqqala savaşında azərbaycanlılar Çarizmin təqiblərinə məruz qalmalarına baxmayaraq, xəlvəti olaraq Anadoluya gedib türk qardaşları ilə çiyin-çiyinə döyüşüblər və qəhrəmancasına şəhid olublar.
1918-ci ildə Qafqaz-İslam Ordusunun Bakını azad etməsi isə bu qardaşlığın yeni bir təzahürü oldu. 20-ci əsrdə azərbaycanlılar ilk dəfə olaraq, Bakıda özlərini məhz sentyabrın 15-dən sonra inamlı hiss etməyə, başlarını dik tutaraq gəzməyə başladılar. Bakı azad edildikdən sonra şəhərdə qayda-qanun yaradıldı, Azərbaycan hökuməti Gəncədən bugünkü paytaxtımıza köçdü. Azərbaycan nümayəndələri Türk xalqının istiqlal mübarizəsində yaxından iştirak ediblər. Azərbaycanlı əsgər və zabitlər Anadoluda istiqlal savaşında qəhrəmanlıqlar göstəriblər. Azərbaycanlı ziyalılar Türkiyə Cümhuriyətinin qurulmasında müəyyən rol oynayıblar. Ağır Stalin repressiyalarına baxmayaraq, Türk əsgərinin məzarı Azərbaycanda insanlarımız tərəfindən bugünədək qorunub saxlanılıb, onların itirilməsinə yol verilməyib.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon sakini

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Xəbəri paylaş

Digər xəbərlər

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024