Mobil versiya
Dünya azərbaycanlılarının təşkilatlanması
Tarix: 30-12-2022 | Saat: 09:11
Bölmə:Seçki 2024 | çapa göndər

Dünya azərbaycanlılarının təşkilatlanması

XX əsrin başlanğıcında xalqımızın ən böyük nailiyyətlərindən biri dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bir araya gətirilməsi, soydaşlarımızın milli huquqlarının qorunması üçün davamlı iş aparan qurumların yaradılması olmuşdur. 2001-ci ilin noyabr ayında Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi.
Rusiya və İran arasında bağlanan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinə əsasən Azərbaycan torpaqları iki hissəyə parçalandı. Şimali və Cənubi Azərbaycan. Uzun zaman xalqımız bir-birilərinə həsrət qaldı.Araz qırağında gecə-gündüz birləşmək şüarı səsləndirdirdilər, birləşməyə can atdılar.Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşırıqlı əlaqələrin genişlənməsinə böyük töhfə vermişdir.
II Qarabağ müharibəsi zamanı hər bir azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyət xalqımızı qələbəyə ruhlandırdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

Nəsimi rayon 159 saylı tam orta məktəbin tarix müəllimi Şirəliyev Vüsal



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024