Azərbaycan Diasporuna Dəstək Fondu
Tarix: 29-12-2022 | Saat: 13:22
Bölmə:Özəl | çapa göndər
Fondun əsas missiyası Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdən ibarətdir.
Maliyyə dəstəyi göstərmək üçün fond tərəfindən müxtəlif mövzuları əhatə edən qrant müsabiqələri elan olunur. Müsabiqə nəticəsində qalib olmuş diaspor təşkilatının və ya nümayəndəsinin layihəsi maliyyələşdirilə bilər.
Layihə diaspor təşkilatı və ya üzvü tərəfindən Fondun tələblərinə uyğun olaraq “Təşkilat” və “Fərdi” kateqoriyaları üzrə qrant müsabiqəsi çərçivəsində onlayn formada göndərilən sənədlər toplusudur.
Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır.
Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərməkdir.
Fond öz fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edir. Müşahidə Şurası və İcraçı direktor Fondun idarəetmə orqanlarıdır.
Fonda ümumi rəhbərliyi və nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir.Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir.Şuranın üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.İcraçı direktoru vəzifəyə Müşahidə Şurası təyin və vəzifədən azad edir. O, Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon sakini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024