Mobil versiya
Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
Tarix: 29-12-2022 | Saat: 12:26
Bölmə:Özəl | çapa göndər

Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədlərində növbəti dəfə və daha irimiqyaslı hərbi təxribatlara başlamasından və ölkəmizin təkcə sərhəd deyil, sivil vətəndaşların da yaşadığı şəhər və kəndlərinin ağır atəş altında tutmasından sonra Azərbaycan adekvat cavab tədbirləri görməyə başladı. Məhz həmin təxribatlara cavab olaraq Azərbaycanın tarixi, əbədi və əzəli torpaqlarını işğal altından azad etməsi ilə nəticələnən Vətən müharibəsi başlandı. 44 gün davam edən və Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında peşəkar, rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində əsl yenilməzlik və qətiyyət nümayiş etdirdi. Ordumuz qarşısına qoyulan bütün vəzifələri ləyaqətli yerinə yetirərək qəhrəmanlıq salnaməsinə imza atdı, müharibənin davam etdiyi hər gün bir ərazimizin erməni işğalından azad edildiyi gün kimi tariximizə əbədi həkk olundu. Hər bir azərbaycanlıya sonsuz qürur və xoşbəxtlik bəxş edən Vətən müharibəsindəki qələbəmiz dünya dövlətlərinin və beynəlxalq təşkilatların da diqqət mərkəzində idi və bu müharibədə Azərbaycanın göstərdiyi şücaət araşdırılmağa, öyrənilməyə başlandı. Müharibənin gedişatında ordumuzun peşəkar heyəti tərəfindən həyata keçirilən döyüş əməliyyatları dünyanın hərb tarixində böyük uğur və tarixi bir qələbə kimi qiymətləndirildi. Zaman-zaman bununla bağlı bir sıra dünya hərbi ekspertlərinin və politoloqların müsahibələri dünya mətbuatında yer almağa başladı. Bu müharibədə zəfər qazanmağımızın ən başlıca və əsas səbəblərindən biri də məhz Azərbaycan xalqının qətiyyəti və iradəsi idi. Xalqımız müharibədən öncə olduğu kimi, müharibənin gedişatı zamanı da əsl həmrəylik və birlik nümayiş etdirərək, dövlətimizə və ordumuza tam dəstək oldu. Tariximizə əbədi olaraq qızıl hərflərlə yazılmış bu qələbəmizdə dövlət-xalq-ordu həmrəyliyi bütün dünya xalqları üçün böyük bir nümunədir. Tarixin bütün dönəmlərində çox ağır və çətin sınaqlardan üzüağ çıxmış xalqımız bu sınaqdan da ləyaqətlə çıxdı və qəhrəman xalq olduğunu bütün dünyaya göstərdi. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var.
Vətən müharibəsi xalqın birliyinin bariz nümunəsidir.  Müharibə zamanı xalqın biri-birinə ən əsasıda igidləri göstərdiyi dəstək həmrəyliyimizə nümunədir. Xalqımızın əzmini, iradəsi və birliyi sarsılmazdır. Heç bir qüvvə bu birliyə mane ola bilməz!.

Pənahova Suma,
YAP üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024