Birlik və həmrəylik
Tarix: 29-12-2022 | Saat: 12:18
Bölmə:Özəl | çapa göndər
Həmrəylik istənilən xalqın taleyində əhəmiyyətli rol oynayır. Yaxın-uzaq tarix də sübut edir ki, milli birliyə və həmrəyliyə nail olmadan müstəqil yaşamaq imkanı azalır, xalqın gələcək inkişafı sual altına düşür. Məhz buna görədir ki, hər bir xalq həmrəylik ideyasına böyük əhəmiyyət verir və milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynayan həmrəyliyə can atır. Keçmiş SSRİ-nin dağılmasından sonra bir sıra geosiyasi təlatümlərlə silkələnən, ancaq səbatlığını və gələcəyə inamını itirməyən, zəngin mədəniyyəti və irsi ilə tanınan, azadlıq mübarizəsi ilə şanlı tarix yazan Azərbaycan xalqının da belə bir milli birliyə və həmrəyliyə ehtiyacı vardı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Ümummilli liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi və ilin sonuncu gününün “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilməsi isə Azərbaycançılığın təkcə Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlıların milli məfkurəsi olduğunun təsdiqi idi.
Milli birlik və həmrəylik ideyası hər bir xalqın tarixi inkişafında mühüm şərtlərdəndir. Çünki milli birliyə nail olmadan bir xalqın müstəqil, azad yaşamaq imkanı da yoxdur. Milli birliyin olması isə milli mənlik şüurunun dərkindən başlayır. Bu gün qloballaşan dünyada ayrı-ayrı dövlətlərin və xalqların bir-birinə tərəqqi məqsədilə sıx yaxınlaşdığı bir vaxtda milli özünüdərkin əhəmiyyəti daha aydın görünür. Azərbaycan xalqı da tarixən öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apararaq ötən əsrin əvvəllərində və sonunda bu arzusunu həyata keçirmiş, dünyanın sivil xalqı olduğunu hər kəsə sübut etmişdir. Lakin ikinci dəfə müstəqillik arzularını gerçəkləşdirən xalqımızın vahid ideologiya ətrafında birləşərək bu müstəqilliyi qoruması və milli özünüdərkə qayıdışı ümummilli liderimiz Heydər Əliyev sayəsində mümkün olmuşdur.
Bu gün artıq xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla sıx əlaqələri var. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanla bağlı ictimai fikrin formalaşmasında bu əlaqələrin rolu böyükdür. İndi artıq dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar Azərbaycanın güclü, hərtərəfli inkişaf etmiş ölkə kimi uğurlarından qürur hissi keçir, bu gücün, qüdrətin və nüfuzun daha da artacağına inanırlar.
Aidə Məhərrəmova,
ADPU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024