Mobil versiya
“Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib
Tarix: 28-12-2022 | Saat: 14:02
Bölmə:Seçki 2024 | çapa göndər

“Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Almaniyanın “Siemens Energy” şirkətinin nümayəndəsi Dr. Yaşar Musayevlə görüşüb.

aia.az xəbər verir ki, Cavid Abdullayev Azərbaycanda bərpa olunan enerji sahəsində icra edilən layihələr barədə ətraflı məlumat verib. Hidrogen enerjisinin tətbiqi, bu istiqamətdə beynəlxalq şirkətlərlə bağlanmış müqavilələr, ölkəmizdə dənizdə külək enerjisinin yüksək potensialının yaşıl hidrogen istehsalında istifadəsi imkanları haqqında danışıb.
Daha sonra Yaşar Musayev təqdimatla çıxış edib. Dünyada yaşıl hidrogen istehsalı, sənayedə hidrogenin alınma üsulları, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan layihələr və texnologiyalar haqqında geniş məlumat verib.

Sonda qarşılıqlı müzakirələr aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024