Mobil versiya
ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN TƏŞƏBBÜSÜ ILƏ TƏSIS EDILƏN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLIK GÜNÜ –ŞƏRH
Tarix: 28-12-2022 | Saat: 09:38
Bölmə:Özəl | çapa göndər

ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN TƏŞƏBBÜSÜ ILƏ TƏSIS EDILƏN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLIK GÜNÜ

Müzəffər Ali Baş Komandan Ilham Aliyev in müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi.
Artıq üçüncü ildir ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Azərbaycan xalqı qalib ölkə, qürurlu xalq kimi qeyd edir, Bu 3 ilin Həmrəylik Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı zəfər, Azərbaycanın torpaqlarınını işğaldan azad olunmağı ilə əlaqədar xüsusi coşqu və milli birlik şəraitində keçirilir. Dünyanın bir çox ölkələrində yaşayan Azərbaycanlıların birliyi heç zaman bu iki ildə olduğu qədər əzəmətli olmamışdı. Uzun illər idi Azərbaycanlılarının Həmrəylik Günü indiki qədər xüsusi qürur və iftixar hissi ilə keçirilmirdi.
Bəşəriyyət bir neçə gündən sonra Təzə ilə qədəm qoyacaq. Yola saldığımız keçən il və bu ildə dünya tarixində ən önəmli hadisə kimi Azərbaycan Respublikasının Tarix yazan Fatehi Cənab Prezident Ilham Əliyevin və Rəşadətli ordumuzun sayəsində 30 il boyu həll olmayaraq düyünə düşmüş Qarabağ münaqişəsinin həll edilməsi ilə yadda qalır. Dünya nə qədər inkişaf etsə də, xalqların və ölkələrin taleyində acı rol oynayan müharibələr, təcavüzlər, toqquşmalar hələ də yaşanmaqdadır. Çox təəssüf ki, bir sıra hallarda beynəlxalq hüquq susur və süstlük göstərir, beynəlxalq hüququn tətbiqi üçün yaradılmış təşkilatlar isə seyrici mövqe tuturlar. Elə bil dünya Liderləri ancaq Qan tökməyin, uçurmağın, dağıtmağın aşiqidirlər. Biz insan olaraq həmişə bilmişik ki, güclülər haqqı ədaləti bərpa edər, haqqı qəsb olunmuşun yanında olar, hüquqları pozulmuş insanların hüquqların müdafiə edər...
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Bütün bu deyilənləri dünya ictimaiyyəti elə məhz Vətən müharibəsi günlərində əyani formada gördü. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan cənab Ilham Aliyev Rəşadətli Azərbaycan ordusu ilə birlikdə Qarabağı işğaldan azad edərək Azərbaycan Ordusunun zəfər çalması əhəmiyyəti təkcə ölkəmizin hüdudları ilə məhdudlaşmır. O, beynəlxalq hüququn və təşkilatların seyriçi mövqeyi ucbatından donub qalmış münaqişələrin həlli yollarına işıq saçır. Azərbaycan bir çox sahələrdə olduğu kimi, 44 günlük Vətən Müharibəsində bu sahədə də dünyaya nümunə göstərdi, ibrət dərsi verdi. Buna görə də qəti əminəm ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin şanlı zəfəri 2020-ci ilin əsas hadisəsi kimi dünyanın tarixinə həkk olunub, çünki bu qələbə tək Azərbaycana yox, bütün Cənubi Qafqaza sülh və əminamanlıq bəxş etmişdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024