Mobil versiya
Azərbaycan xalqı yenə də "Dəmir Yumruq" kimi öz Ali Baş Komandanının ətrafında sıx birləşib
Tarix: 27-12-2022 | Saat: 10:48
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan xalqı yenə də "Dəmir Yumruq" kimi öz Ali Baş Komandanının ətrafında sıx birləşib

2020-ci ildə reallaşan 44 günlük Vətən Müharibəsi müstəqil Azərbaycanın ən şanlı və unudulmaz tarixidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı məğlubedilməz ordumuzun şücaəti sayəsində 30 illik işğala son qoydu. Milyondan artıq qaçqın və məcburi köçkünümüzün yurd həsrəti bitdi”. 
Son iki yüz ildə ilk dəfə biz dövlət olaraq itirilmiş torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik. 27 sentyabr dünyaya Azərbaycan xalqının rəhbəri, ordusu ilə necə həmrəy olduğunu göstərdi. Ordumuzun həyata keçirdiyi misilsiz hərbi əməliyyatlar, peşəkarlıq səviyyəsi dünya hərb tarixinə düşdü. Artıq onlarla ölkə "21-ci əsrin müharibəsi" adlandırılan Vətən Müharibəsini araşdırır, öyrənir. Ölkəmiz daxilində erməni separatizmi məhv edildi, erməni faşizminə çox ağır zərbə vuruldu. Biz 44 günlük müharibədə Bərdə, Gəncə faciələrini yaşasaq da, xalqımızın öz torpaqlarını azad etmək arzusunu heç bir qüvvənin, şər əməlin saxlaya bilməyəcəyinin şahidi olduq. Bu Zəfər minlərlə Azərbaycan övladının qanı, canı bahasına əldə edildi. Biz xalq olaraq daim şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Tarixi zəfərimizdən iki il keçməsinə baxmayaraq, bu gün Azərbaycan xalqı yenə də "Dəmir Yumruq" kimi öz Ali Baş Komandanının ətrafında sıx birləşib. Bilirik ki, hələ qarşıda görülməli olan, həllini gözləyən çox məsələlər var. Bu çağırışların öhdəsindən isə yalnız Vətən Müharibəsində nümayiş etdirdiyimiz birlik və həmrəyliklə gələ bilərik.

“Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyatlar keçirməli olduq.Bu hərbi əməliyyatlar nəticəsində bizim tarixi şəhərlərimizi bu gün vizual müşahidə yolu ilə gözümüzün önündədir”.

Alışov Canəli,
ADPU




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024