Xəzər rayonunda Gənclər və idman siyasəti üzrə ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. -Fotolar
Tarix: 24-12-2022 | Saat: 20:20
Bölmə:Özəl | çapa göndər
Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2022-ci il ərzində Gənclər və idman siyasəti üzrə rayonda keçirilmiş tədbirlər və layihələrin yekun hesabatı və bu sahədə keçirilib. Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, İdarənin baş məsləhətçisi Dilşad Nuriyeva, aparıcı-məsləhətçi Mayil Yusifov, Xəzər Gənclər Evinin əməkdaşları, müəllimlər, idman klublarının rəhbərləri, idmançılar, incəsənət nümayəndələri və fəal gənclər iştirak ediblər.
aia.az xəbər verir ki,tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək tədbir iştirakçıları salamlamış və bu il ərzində İdarə tərəfindən keçirilən gənclər və idman sahələrində olan tədbirlər barədə məlumat vermiş, ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramlarının yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açdığını vurğulayıb.
Daha sonra Xəzər Məşvərət Şurasının sədri Ümüd Həsənli, layihə koordinatoru Əliəkbər Novruzov, fəal gənc Zəhra Əhmədzadə, Vətən müharibəsi iştirakçısı, Şuşa Fatehi Ağaməmməd Hacızadə çıxış edərək rayonda keçirilən tədbirlərin gənclərin şəxsi inkişafında mühüm rolu, həmçinin gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan, həmçinin bu sahəyə böyük diqqətin olduğunu qeyd ediblər.
Tədbirin sonunda rayonda gənclər və idman sahələrində keçirilən tədbirlərdə fəallıq göstərən gənclər və yeni nəslin tərbiyə olunmasında yaxından iştirak edən müəllimlərə Fəxri-Fərmanlar təqdim edilib və xatirə şəkli çəkdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024