Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər
Tarix: 24-12-2022 | Saat: 16:23
Bölmə:Özəl | çapa göndər
Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir;
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
“Bir ay bundan əvvəl Prezident Vuçiçin dəvəti ilə mən Serbiyada rəsmi səfərdə olmuşam. Fürsətdən istifadə edərək mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, təəssüratlarımı bölüşmək istəyirəm. Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada olan vəziyyət, gedən inkişaf məni çox təsirləndirdi. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir”, - dövlət başçısı bildirib.
Azərbaycan və Serbiya arasında siyasi dialoq həmişə yüksək səviyyədə olub. Hər iki dövlət qarşılıqlı şəkildə bir -birinin ərazi bütövlüyünü dəstəkləyir. İki ölkə arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub.
Bu gün də Serbiya Azərbaycan əlaqələri yeni çağırışlara uyğun olaraq inkişaf edir.
Azərbaycan Prezidentinin Belqrada ötən aykı və Serbiya Prezidentinin Bakıya ötən günkü səfəri də qarşılıqlı artan marağın ifadəsidir.
Diplomatik münasibətlərinin 25 ilini tamamlayan Azərbaycan-Serbiya əlaqələri yeni müstəvidə inkişaf etməkdə davam edir.
Azərbaycanla Serbiya arasında kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial var.
Azərbaycanda Serbiya, Serbiyada Azərbaycan şirkətlərinin, uğurla fəaliyyət göstərir. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən azad edilib.
Hazırda bu ərazilərdə sürətlə davam edən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu prosesə fəal şəkildə qatılmaq imkanına malikdir.
Gülpəri Məmmədli Famil qızı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024