Mobil versiya
Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır
Tarix: 24-12-2022 | Saat: 16:19
Bölmə:Özəl / Parlament | çapa göndər

Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır

Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir;

Müasir beynəlxalq hüquqda bir sıra əhəmiyyətli normalar var ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən qeyri- mümkündür. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir.
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.
Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində qeyd edilir ki, bu prinsiplərin tətqiqi və təsfiri zamanı onların hər biri bütün digər prinsiplərin konteksində nəzərdən keçirilməlidir. Bəyannamədə beynəlxalq hüququn heç də bütün prinsipləri deyil, cəmi yeddi prinsipi əks olunmuşdur:
1) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;
4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;
5) xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi;
6) dövlətlərin suveren bərabərliyi prinsipi;
7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.
Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975-ci il tarixli Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha üçü əlavə olunmuşdur:
1) sərhədlərin toxunulmamazlığı prinsipi;
2) dövlətlərin ərazi bütövlüyü prinsipi;
3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.

Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı özü-özlüyündə beynəlxalq müqavilə deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu üç prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsi idi və bütün dövlətlər tərəfindən tanınmışdı. Yəni Helsinki Yekun aktı, sadəcə olaraq, müasir beynəlxalq hüququn hamılıqıa qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir.

Nərmin Qürbətova Azad,
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024