Mobil versiya
Şirvan şəhərində Möhtərəm Prezident cənab İlham Əliyevin ad gününə həsr olunmuş tədbir keçirilib.​ -Fotolar
Tarix: 24-12-2022 | Saat: 15:59
Bölmə:Özəl | çapa göndər

Şirvan şəhərində Möhtərəm Prezident cənab İlham Əliyevin ad gününə həsr olunmuş tədbir keçirilib.​

24 dekabr 2022-ci ildə Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin ad günü münasibətilə tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şura üzvləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, şəhərin təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə qonaqlar məktəblilərin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə Ulu öndər Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını, milli-mənəvi dəyərlərimizi, azərbaycançılıq ideologiyasını, tariximizin şanlı səhifələrini özündə əks etdirən əsərlər nümayiş olunub. Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva hər bir əsər barədə ətarflı məlumat verib.​
Sonra Baku Media Mərkəzi tərəfindən ərsəyə gələn, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasəti, addım-addım qoyulan hədəflərə nail olmasını və son nəticədə torpqalarımızın işğaldan azad olunmasını əks etdirən ​ “İlham” sənədli filmi nümayiş olunub.​
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq, şəhər ictimaiyyəti adından ölkə başçısı, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib və xoş arzularını bildirb. 90-cı illərin əvvəlllərində yenicə müstəqillik qazanan Azərbaycanın qarşısına çıxan çətinliklərdən, Ulu öndərin xilaskarlıq missiyasından, dövlətimizin müstəqilliyi və inkişafı ​ naminə həyata keçirdiyi tədbirlərdən, Azərbaycan xalqına ​ bəxş etdiyi layiqli varis və dünya şöhrətli, nüfuzlu lider cənab İlham Əliyevin 19 illik çoxşaxəli fəaliyyətindən danışıb. Ökə başçısının ötən dövr ərzində Şirvan şəhəri ilə bağlı 10 sərəncam imzalandığını, 8 dəfə Şirvan şəhərinə səfər etdyini, Şirvanın inkişafına daim diqqət göstərdiyini vurğulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın dövlət başçısı ilə çiyin-çiyinə ölkəmizdə ​ multikultural ənənələrə və milli-mənəvi dəyərlərə malik, tolerant cəmiyyətin formalaşdığının, Qarabağın tarixi torpaqlarımız olduğunun, Azərbaycan həqiqətlərinin beynəlxalq forumlar vasitəsilə dünyaya çatdırılmasındakı xidmətlərindən söz açıb. Ölkə başçısının qətiyyətli, müdrik, uzaqgörən, məqsədyönlü siyasətinin, gərgin əməyinin, zəngin diplomatik görüşlərinin, nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrin, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsinin nəticəsində 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasını və ata vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıb. “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Zəfərə imzasını atan qüdrətli liderin qələbədən sonra eyni əzmlə çalışdığını, Azərbaycanın daha da inkişafı üçün yeni layihələr həyata keçirdiyini qeyd edib. Son 19 ildə xalqın etimadına və inamına arxalanaraq əldə etdiyi bütün uğurlarla Azərbaycanı regionun lider dövlətinə çevirən cənab Prezidentin ətrafında Azərbaycan xalqının bundan sonra da sıx birləşəcəyini, sonsuz etimad, inam, dəstək nümayiş etdirəcəyini bildirib. ​
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva cənab Prezidenti təbrik ediblər. Onun Şirvan şəhərinə səfərindən xatirələrini danışaraq, yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024