Mobil versiya
"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsinin "Peşə ayı" çərçivəsində E. Əliyev adına 234 nömrəli tam orta məktəbdə "Açıq qapı" günü keçirilib -Fotolar
Tarix: 24-12-2022 | Saat: 09:14
Bölmə:Özəl | çapa göndər

"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsinin "Peşə ayı" çərçivəsində E. Əliyev adına 234 nömrəli tam orta məktəbdə "Açıq qapı" günü keçirilib

Dekabrın 22-də Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Mətanət Əhmədova, Mərkəzin kostyum ustası və dərzi ixtisası üzrə müəllimi, fərdi sahibkar Sevil Əzizova, Buzovna qəsəbəsində yerləşən "Manqal" və "Zaqulba Saray" restoranlarının şef aşpazı Oqtay Həsənov, Mebel quraşdırma sexinin sahibi Rafiq İsgəndərovun iştirakı ilə tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə E. Əliyev adına 234 nömrəli tam orta məktəbi üzrə "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin qrup rəhbəri Rəşad Rəhimov tərəfindən tədbir iştirakçılarına təqdimat üzərindən layihənin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verilmiş, daha sonra siniflərdə dərslərə baxış keçirilmişdir. Sonda "İKT" qrupu tərəfindən hazırlanan, layihənin məqsəd və hədəflərini özündə əks etdirən bukletlər paylanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024