Mobil versiya
“Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbinin bağlanış mərasimi keçirilib. -Fotolar
Tarix: 23-12-2022 | Saat: 19:25
Bölmə:Seçki 2024 | çapa göndər

“Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbinin bağlanış mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon “İstiqlaliyyət 6” ərazi partiya təşkilatının qərargahında “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin bağlanış mərasimi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzində keçirilən tədbirdə çıxışlardan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar arzu edilib.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və ekologiya komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bütün bunlar Ulu öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir.

YAP İdarə Heyətinin üzvü , professor Elnur Sadıqov Heydər Əliyevin həyat və yaradıcılığı, mükəmməl siyasi kursundan söz açaraq, Ulu öndərin ölkəmiz və xalqımız üçün sülh və təhlükəsizliyin təmin olunması, dövlətimizin inkişafı və dünyada tanıdılması istiqamətində gördüyü işlərin misilsiz olduğunu, Azərbaycan xalqının qəlbində Ümummilli liderimizin daim yaşayacağı barədə fikirlərini bölüşüb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan üzvlərə vəsiqələr təqdim olunub.
Sonda “Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbinin məzunlarına diplomıar təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024