Mobil versiya
Gəncə şəhərinin "Yaşıl Şəhər" Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası baş tutub -Foto
Tarix: 23-12-2022 | Saat: 17:42
Bölmə:Seçki 2024 | çapa göndər

Gəncə şəhərinin "Yaşıl Şəhər" Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası baş tutub

Gəncə şəhərinin "Yaşıl Şəhər" Fəaliyyət Planının (YŞFP) hazırlanması üzrə Layihə İşçi Qrupunun iclası keçirilib.

aia.az xəbər verir ki, onlayn formatda təşkil olunan görüşdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, şəhər üzrə YŞFP layihəsinin koordinatoru Səməd Tomuyev, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU innovasiyalar departamentinin direktoru, yerli layihə koordinatoru Vasif Həsənov, İşçi Qrupuna daxil olan dövlət qurumları, bələdiyyələr, həmçinin beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər.
2020-ci ildən Gəncə şəhərinin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Yaşıl şəhərlər" proqramına qoşulduğunu bildirən S.Tomuyev şəhərdə həyata keçirilən fəaliyyətin əhəmiyyəti barədə məlumat verib və maraqlı tərəfləri aktiv iştiraka çağırıb.
Görüşdə layihə çərçivəsində görülmüş işlər barədə danışılıb, əldə olunmuş nəticələr barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, cari ilin iyul ayından başlayaraq Gəncə şəhərində AYİB tərəfindən dəstəklənən YŞFP hazırlanması istiqamətində işlər aparılır. Proqram ilkin mərhələdə 3 istiqamətdə həyata keçiriləcək. Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsi ilə bağlıdır.
Əlavə edək ki, Gəncə və AYİB arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən Azərbaycanın ikinci böyük şəhərində yaşayan 300 mindən çox əhali bəhrələnəcək.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024