Mobil versiya
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir
Tarix: 23-12-2022 | Saat: 11:44
Bölmə:Ölkə | çapa göndər

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir

Prezident cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mütərəqqi beynəlxalq təcrübə əsasında, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmaqla hazırlanmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı strateji hədəf və məqsədlərdən ibarətdir. Azad edilmiş ərazilərə xalqımızın Böyük Qayıdışının təmin edilməsi də məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətimizin güclənməsi naminə apardığı sistemli işlərin məntiqi davamıdır.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması və fəaliyyətə başlaması ərazilərimizin minalardan təmizlənməsi sahəsində aparılan işlərin daha keyfiyyətlə həyata keçirilməsi, mülki əhalinin mümkün təhdidlər barədə məlumatlandırılması və maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Dünyanın ən müasir, qabaqcıl minatəmizləyən texnika, maşın, mexanizm və avadanlıqlarının, eləcə də minatəmizləyən robotların ölkəmizə gətirilməsi bu prosesin daha təhlükəsiz və peşəkar səviyyədə reallaşdırılmasına, sonrakı mərhələdə dəymiş ziyanın dəyərləndirilməsinə və bərpa işlərinin başlanmasına imkan verəcək.Bərpa məsələlərinin bütün tərəflərinin kompleks şəkildə özündə əks etdirən Ümumi “Böyük Qayıdış Proqramı”, ondan doğan çoxsaylı məqsədli proqramlar, dəqiqləşdirilmş fəaliyyət planları hazırlanır və məqsədyönlü həyata keçirilməkdədir. İşğaldan azad olunmuş ərazilərdə başlanan bərpa işlərinin gedişi göstərir ki, Post-konflikt Ərazilərin Bərpası üçün “Böyük Qayıdış Proqramı”nın birinci hissəsi təbii olaraq təxirəsalınmaz tədbirləri özündə əks etdirir. İnfrastruktur yenidən qurulmalı və orada normal yaşayış üçün təhlüksizlik təmin edilməliidr. Bura ərazilərin minalardan və digər hərbi sursatlardan təmizlənməsi, rayondaxili, rayonlararası və digər vacib yolların bərpası, inkişafı və yeni yolların çəkilməsi, su təchizatı, elektrik enerjisi, qaz və istilik təminatı sisteminin bərpası və inkişafı, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin bərpası və tikintisi və s. bu kimi məsələlərin həlli daxildir.

Dövlət Proqramına əsasən Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işləri ən müasir standartlara əsaslanacaq və bölgənin coğrafi-iqtiasdi, tranzit, bir sözlə, bütün imkanları kompleks qaydada nəzərə alınacaq. İnfrastruktur layihələri “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları çərçivəsində həyata keçiriləcəkdir. İşğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji zonası” elan edilməsi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini zəruri edir. “Yaşıl enerji zonası” konsepsiyasının tətbiqi əsasında ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir. Təbii ehtiyatlardan effektiv istifadə bölgənin iqtisadi imkanlarını artırmaqla bərabər ətraf mühitin mühafizəsinin təmin olunmasına da öz töhfəsini verəcəkdir.Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazidəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir. Hücum və ya müdafiə vaxtı bu minalanmış ərazilərin xəritəsindən istifadə edilir. Məsələn, bir hissə təmizlənir və ordu həmin ərazidən keçib hücuma gedir. Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib. Ancaq Ermənistanın bir müddət xəritələri verməməsi və sonra da yanlış xəritələri verməsi də minaların təmizlənməsi prosesini ləngidir.

Minatəmizləmə fəaliyyətinə dair illik tədbirlər planı təsdiq edilmişdir. Münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi ilk nəzərdə tutulan məsələlərdən biridir. Minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanmasının nəzərdə tutulması isə ən önəmli atılacaq addımlardan biridir.İşğaldan azad olunan torpaqlarımızda həyata keçirilən layihələr, yol infrastrukturunun yenilənməsi prosesi Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmış magistral xətlərinin, dəmir və hava yollarının bərpası istiqamətində dövlətimizin atdığı addımlar həm də Azərbaycanın iqtisadi imkanlarından xəbər verir. Regiondakı yolların yüksək standartlara cavab verəcək səviyyədə yenidən qurulması da əsas hədəflərdəndir. Bu gün xüsusən işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağa “Böyük Qayıdış”ın tam reallaşması üçün nəzərdə tutulan layihələr sürətlə icra olunur. Həmin ərazilərdə avtomobil və dəmir yolları, eləcə də stansiyalar tikilir, yaşayış massivləri salınır, hava limanları inşa edilir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024