Yusif Naxçıvanski – dövlətə sədaqət, xalqa xidmət nümunəsi
Tarix: 22-12-2022 | Saat: 14:17
Bölmə:Manşet / Özəl | çapa göndər
Dünən bəzi internet saytlarında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanskinin səhhətində ciddi problemlərin yarandığına dair məlumat dərc olunmuşdu. Əlbəttə ki, bu xəbər bizi biganə qoya bilməzdi. Məlumdur ki, Yusf Naxçıvanski böyük bir nəslin ağsaqqalı, Azərbaycanın ən tanınmış nəsil şəcərələrindən birinin nümayəndəsi olmaqla yanaşı, eyni zamanda da ömrünün 40 ildən çox hissəsini xalqa və dövlətə xidmətə həsr etmişdir. 1995-ci ildən 2022-ci ilin iyun ayına qədər, 27 il ərzində Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Yusif Naxçıvanski hər zaman xalqa təmannasız xidməti və Azərbaycan dövlətçiliyinə sonsuz sədaqəti ilə seçilmişdir. Əmək fəaliyyəti dövründə Yusif Naxçıvanskinin Oğuz rayonunun inkişafında, gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Yusif müəllimin xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Yusif Həbib oğlu Naçıvanski Oğuz rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsində səmərəli fəaliyyətinə görə Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif edilib.
Az öncə də qeyd etdiyimiz kimi, Yusif müəllim həm də Azərbaycanın ən tanınmış nəsil şəcərələrindən birinin təmsilçisidir. Məlumdur ki, Yusif Naxçıvanskinin atası Həbib Naxçıvanski sonuncu Naxçıvan xanı Əkbər xan Naxçıvanskinin oğludur. Əkbər Naxçıvanskinin anası Xanbikə xanım isə, Azərbaycan poeziyasının ən görkəmli simalarından biri, məhşur mütəfəkkir və xeyriyyəçi Xan qızı Natavanın doğma qızıdır. Beləliklə, Yusif müəllim Xan qızı Natavanın kötücəsidir.
O, müəllim ailəsində dünyaya göz açıb, hər iki valideyni əməkdar müəllim olub. Oğuz ağsaqqalları, sakinlər deyirlər ki, Yusif Naxçıvanskinin malik olduğu yüksək insani keyfiyyətlər onun vəzifə səlahiyyətlərinin icrası ilə bağlı fəaliyyətində də hər zaman özünü qabarıq şəkildə büruzə verib. Yaranan mübahisəli məsələlərin təmkinlə həll olunmasına nail olub. Hamımız yaxşı xatırlayırıq ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkədə 24 mart 2020-ci il tarixindən xüsusi karantin rejimi elan olunduqdan sonra, xüsusilə ilk dövrlərdə, evlərində özünütəcrid vəziyyətində qalan aztəminatlı ailələrin və tənha şəxslərin daha çox yardıma və qayğıya ehtiyacları vardı. Təbii ki, dövlətimiz həm maddi, həm də mənəvi dəstəyi ilə hər bir vətəndşının yanında sonadək oldu və bu məqsədlərə çox böyük məbləğlərdə büdcə vəsaitləri məqsədyönlü şəkildə xərcləndi. Eyni zamanda da, yerlərdə, xüsusilə də rayon və bölgələrdə dövlətimizin bu sahədə siyasətinin maksimal effektivliklə həyata keçirilməsində məhz Yusif Naxçıvanski kimi dövlət qulluqçularının böyük zəhməti və xidmətləri olmuşdur. Onun pandemiya dövründəki fəaliyyəti, imkansız ailələrin müəyyən edilməsi və onlara yardım göstərilməsi yönümündə gördüyü işlər bu gün də oğuzlular tərəfindən dərin minnətdarlıq hissi ilə xatırlanır. Lakin təəssüflə qeyd edirlər ki, o özü bu infeksiyaya yoluxaraq xəstəliyi çox ağır keçirdi. Uzun müddətli müalicədən sonra Yusif Naxçıvanski tarixi Zəfərlə nəticələnmiş II Qarabağ savaşının getdiyi dövrdə hər bir şəhid ailəsini ziyarət edib, onların əzizlərinin acısını bölüşüb. Qazilərimizə diqqət və qayğı göstərilməsində hər zaman bir örnək, bir nümunə olub.
Bütün bunlarla yanaşı çox əfsuslar olsun ki, uzun müddətli fəaliyyətindən sonra bu il təqaüdə çıxmaq arzusunda olan Yusif müəllimin səhhətində həqiqətən də bəzi problemlər yaranıb. Hal-hazırda koma vəziyyətində olan və müalicəsi ciddi həkim nəzarəti altında, artıq ev şəraitində davam etdirilən Yusif Naxçıvanskinin bəzi həyat funksiyaları xüsusi tibbi avadanlıqların köməyi ilə təmin olunub. Lakin bununla belə, Yusif müəllimin guya ki, kliniki ölüm keçirdiyi barədə dərc olunan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Bununla bağlı düşünürük ki, həmkarlarımız belə həssas məqamlarda daha diqqətli olmalı və təsdiq olunmamış məlumatların dərc olunmasına yol verməməlidirlər.
Öz növbəmizdə, biz də Yusif Naxçıvanskiyə Allahdan şəfa diləyir və tezliklə sağlamlığını bərpa edərək yenidən fəal ictimai həyata qayıtmasını arzulayırıq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024