Mobil versiya
YAP Samux rayon təşkilatında Möhtərəm Prezident Cənab İlham Əliyevin ad günü münasibətilə tədbir keçirildi. -Fotolar
Tarix: 22-12-2022 | Saat: 13:19
Bölmə:Seçki 2024 / Özəl | çapa göndər

YAP Samux rayon təşkilatında Möhtərəm Prezident  Cənab İlham Əliyevin  ad günü münasibətilə                        tədbir keçirildi.

aia.az xəbər verir ki, 22 dekabr 2022-ci il tarixdə YAP Samux rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ad günü münasibətilə “ Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir” mövzusunda ərazi partiya təşkilat sədrlərinin və YAP fəallarının iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 illik çoxşaxəli fəaliyyətindən danışdı, onun xalqın etimadına və inamına arxalanaraq verdiyi qərarlarla torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasının yerinə yetirildiyini diqqətə çatdırdı.
Gündüz Bayramov çıxışında qeyd etdi ki, Azərbaycanın son 19 ildə əldə etdiyi bütün uğurlar cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Onun vaxtında və qətiyyətlə verdiyi qərarlarla ölkəmiz hərbi sahədə də lider olduğunu dünyaya nümayiş etdirib, cənab Prezident tarixə həm də qüdrətli hərbi lider kimi düşüb. O, lider-ordu-xalq birliyinə nail olaraq, böyük Zəfərə imza ataraq  bütün dünya qarşısında azərbaycanlı olmağımızla fəxr etməyimizə, dünya azərbaycanlılarının sevinc və qürur hissləri keçirməyinə səbəb olub. Gündüz Bayramov onu da bildirdi ki, cənab Prezidentin rəhbərliyində böyük strateji xəttin müəyyənləşdirilməsi bütün sahələrdə böyük irəliləyişə güclü təkan verib. Bu gün Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi təsadüf deyil, qətiyyətli, müdrik, uzaqgörən, məqsədyönlü siyasətin, böyük əməyin nəticəsidir.
Daha sonra tədbirdə iştirak edən fəal YAP üzvləri Svetlana Məmmədova, Vidadi İsayev, Dilarə Əsgərova, Elnarə Əliyeva, Jalə Nəsibova və başqaları Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini ifadə ediblər. Çıxışlarda aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin xeyli yaxşılaşdığı qeyd edilib, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasının dövlətin prioritet vəzifəsinə çevrildiyi, güclü və dayanıqlı iqtisadiyyat yaradıldığı, ölkənin artan imkanlarının insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsinin təmin edildiyi nəzərə çatdırılıb.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradıldığından da bəhs edilib. Qeyd edilib ki, məhz güclü ordu və peşəkar komandanlıq, düzgün idarəetmə və strategiya, habelə yüksək vətənpərvərlik ruhu, Ali Baş Komandanın xalqı öz ətrafında yumruq kimi birləşdirmə məharəti Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024