Dövlət Proqramının təsdiqi Böyük Qayıdışı daha da tezləşdirəcək
Tarix: 22-12-2022 | Saat: 10:51
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək. Proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır. Belə ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir.
Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Keçən ili və bu ili nəzərə alsaq, 3 ildə (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasına dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.
Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri də quruculuq işlərinin intensiv həyata keçirilməsinə xüsusi zəmin yaradır. Bu, işğaldan azad olunan ərazilərimizin daha qısa zamanda bərpasının Azərbaycan üçün prioritetliyini bir daha təsdiq edir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir
Tahir Bayramov,
Laçın Rayon Ziyalısı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024