Azərbaycan Respublikasının inkişafında yeni mərhələ
Tarix: 22-12-2022 | Saat: 09:27
Bölmə:Özəl | çapa göndər
2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğcını qoydu. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atdı. O, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməyə nail oldu, xalqın inam və etimadını doğrultdu. Ona görə də İlham Əliyev 2008-ci il və 2013-cü illərdə keçirilən prezident seçkilərində də böyük səs çoxluğu ilə qalib gəldi. Prezident İlham Əliyev həmişə xalqın dəstəyini hiss etdiyini qeyd edib. “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”- Prezident İlham Əliyev.
Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın neft strategiyası XXI əsrin ilk illərində daha böyük uğurla davam etdirildi. Azərbaycan neft və qaz istehsalının sürətlə artması nəticəsində regionun və bütövlükdə dünyanın iri neft və qaz ixrac edən ölkəsinə çevrildi. 2006-cı ildə Bakı –Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin inşası başa çatdırıldı. Bu neft kəmərinin çəkilməsi ilə Azərbaycanın “qara qızılı”nın dünya bazarına ən qısa və təhlükəsiz yolla çıxarılması təmin olundu. Həmin ildə Bakı –Tbilisi - Ərzurum qaz kəməri də işə salındı. Bu qaz kəməri Gürcüstanın və Türkiyənin təbii qaza olan tələbini ödəməklə yanaşı, Azərbaycan qazının Avropaya daha böyük həcmdə çıxarılması üçün 2013-cü ilin dekabrında bir sıra Avropa dövlətlərinin nümayəndələrinin iştirakı ilə müqavilə imzalandı. Prezident İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı bu sənəd Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin tikintisi reallığa çevrildi.
Azərbaycan hökuməti XXI əsrin əvvəllərində respublika iqtisadiyyatının neft və qaz istehsalı və ixracından asılılığının azaldılması və dayanıqlı inkişafının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirmişdir.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkəyə çevrilmişdir.Prezidentin əsas qarşıya qoyduğu məqsədlərindən biri də vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmişdir. Burada ən önəmli istiqamətlərdən biri isə ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.
Hərbi sahə İlham Əliyevin xüsusi diqqət yetirdiyi və nəzarətində saxladığı sahələrdən biridir. Belə ki, iqtisadi layihələrdən gələn gəlirlərin bir hissəsi hərbi sahəyə ayrılır. Məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması da Azərbaycanın hərbi sənayesinin möhkəmlənməsinə xidmət edən əsas amillərdəndir.
Dünya bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elen olunub. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrildi.
Müzəffər Ali Baş Komandanın başçılığı altında qazanılan Böyük Qələbə nəticəsində bütün regionda sülh və davamlı inkişaf bərqarar olmuşdur.
Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin tarix müəllimi Şirəliyev Vüsal.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər