Mobil versiya
AZƏRBAYCAN AVROPANI “YAŞILLAŞDIRIR
Tarix: 21-12-2022 | Saat: 09:41
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCAN AVROPANI “YAŞILLAŞDIRIR

Buxarestdə imzalanan «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» ölkəmizin müəllifi olduğu tərəfdaşlıq formatına, şaxələndirmə siyasətinə marağı artırır
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
Dekabrın 17-də Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»”in imzalanması mərasimində ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyev imzalanan sənədi uzunmüddətli əməkdaşlıq üçün təməl adlandırmışdır. Rumıniya Prezidenti Klaus Yohannis «Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq» sözləri ilə ölkəmizin həqiqi mənada Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olduğunu bildirib. Azərbaycanın enerji təhlükəsizliyindəki roluna və şaxələndirmə siyasətinə daim dəstək göstərən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də bu Sazişi Avropa İttifaqı ilə Cənubi Qafqazdakı tərəfdaşlar arasında enerji körpüsü adlandıraraq bərpaolunan enerjiyə geniş diqqət ayrılmasının vacibliyindən söz açıb: «Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.»
Bu sözlər sübut edir ki, Avropanın enerji təhlükəsizliyinə töhfə olan Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır. Buxarest görüşündə də Azərbaycanın enerji diplomatiyasının uğurunu şaxələndirmə siyasətinin məntiqi nəticəsi adlandıran Prezident İlham Əliyev bu ilin iyul ayında xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunu təməli qoyulan dördtərəfli əməkdaşlığın ilk addımları kimi dəyərləndirib.
Prezident İlham Əliyev Buxarest Sazişini Azərbaycanın, Gürcüstanın, Macarıstanın, Rumıniyanın Avropa İttifaqı ilə sıx əməkdaşlıq və birgə fəaliyyətini şaxələndirmə siyasətinin yeni istiqaməti kimi dəyərləndirib. Yeni Sazişin tərəfdaşları geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi sahəsindəki aktual məsələlərin həllində təşəbbüskarlığı ilə fərqlənən, Azərbaycanın, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olmasını təqdirəlayiq hal, ölkəmizi etibarlı tərəfdaş kimi qiymətləndiriblər.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024